MRU_logotipas_spalvotas1*****solbridge-logo-610x300*******image_mubadila***********hacie88   ***********  image_slovak

 

imgpreview06 ****      vishkaenshot_20161014-111937 ******        Daad_enshot_20161014-112335****cefamимок **********

 

MÜBADİLƏ PROQRAMLARI

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əlaqələr departamenti UNEC tələbələrinə aşağıdakı istiqamətlər üzrə xaricdə təhsil almaq imkanları təklif edir.

*
NON-ERASMUS PROQRAMININ 
əsas şərtləri:

  • Xarici universitetə təhsil haqqı ödənilmir
  • Tələbə yalnız yol və yaşayış xərclərini qarşılayır
  • Bir və ya iki semestr təhsil almaq imkanı
  • Yerlər üzrə müsabiqə keçirilmir
  • Tələbələrin orta balı (ÜÖMG) 70-dən yuxarı olmalı
  • Gedəcək ölkənin xarici dilini sərbəst bilməli (ingilis, fransız və yaalman)
  • Yalnız I, II və III kurs UNEC tələbələri
  • Non-erasmus mübadilə.

*
Non-eramsus  mübadilə proqramı çərçivəsində tələbələr aşağıdakı universitetlərdə oxumaq üçün müraciət edə bilərlər:

  • Fransanın Montpellier Universiteti
  • Almaniyanın Siegen Universiteti
  • Litvanın Mikolos Romeris Universiteti
  • Koreyanın Solbridge Beynəlxalq Biznes Məktəbi

*
Müraciət tarixləri:

Payız semestri üçün son müraciət tarixi -01 aprel
Yaz semestri üçün son müraciət tarixi- 1 noyabr

Tələb olunan sənədlər:

  • Transkrip
  • CV (azərbaycan və ingilis dilində)
  • Pasport və ya şəxsiyyət vəsiqəsi

*
Müraciət üçün: 
Beynəlxalq əlaqələr departamenti, Afət Ələkbərova, UNEC-in əsas tədris binası, İstiqlaliyyət 6, 115-ci otaq, tel.: (+994)12 492-60-45, [email protected], saat 11.00-16.00

ERASMUS+ MÜBADILƏ PROQRAMI çərçivəsində Avropa  ölkələrinin ali təhsil müəssisələrində bir semestrlik təqaüdlü təhsil almaq imkanı yaradılır.

Tələbə təklif olunan yerlər üzrə şərtlərə cavab verərsə təklif olunan ölkə və universitetlərdən seçim edərək müsabiqədə iştirak edə bilər. Tələbələr təklif olunan hər bir Erasmus+ mübadilə proqramlarına müraciət edə bilər. Erasmus+ proqramının qalibi bu proqramda yalnız bir dəfə iştirak edə bilər.

Universitetlərin siyahısı və universitetlər üzrə yerlər haqqında məlumat yeniləndikcə universitet saytının elanlar və mübadilə proqramları bölümündə yerləşdirilir.

Erasmus+ Proqramının əsas şərtləri:

  • Xarici universitetə təhsil haqqı ödənilmir
  • Tələbələrin yol xərcləri qarşılanır
  • Bir semestr ərzində tələbələrə aylıq təqaüd verilir (təqaüdün miqdarı ölkə üzrə fərqlənir)
  • Bir semestr təhsil almaq imkanı
  • Yerlər üzrə müsabiqə keçirilir
  • Tələbələrin orta balı (ÜÖMG) – 90-dan yuxarı olmalı
  • Gedəcək ölkənin xarici dilini sərbəst bilməli (ingilis dili B2/C1 səviyyəsində)/ dil setifikatı tələb oluna bilər
  • Yalnız I, II və III kurs UNEC tələbələri müraciət edə bilər.

*

Müraciət tarixləri:

Təklif olunan proqramın elanında göstərilir.

Əsas tələb olunan sənədlər:

  • Transkrip
  • CV (azərbaycan və ingilis dilində)
  • Pasport və ya şəxsiyyət vəsiqəsi
  • Niyyət məktubu (motivation letter) təhsil almaq istədiyi universitet üçün.

*
Müraciət üçün:
Beynəlxalq əlaqələr departamenti, Afət Ələkbərova, UNEC-in əsas tədris binası, İstiqlaliyyət 6, 115-ci otaq, tel.: (+994) 12 492-60-45, 
[email protected], saat 11.00-16.00 

MEVLANA MÜBADILƏ PROQRAMI çərçivəsində UNEC-in tələbələri  Türkiyə Cümhuriyyətinin 30-dan çox ali təhsil müəssisəsində bir və ya iki semestrlik təqaüdlü təhsil ala bilərlər.

Mevlana mübadilə Proqramının əsas şərtləri:

  • Təhsil alacağı xarici universitetə təhsil haqqı ödənilmir
  • Bir semestr ərzində tələbələrə aylıq təqaüd verilir
  • Bir və ya iki semestr təhsil almaq imkanı
  • Yerlər üzrə müsabiqə keçirilir
  • Tələbələrin orta balı (ÜÖMG) 75-dən yuxarı olmalı
  • Xarici dilini sərbəst bilməli (ingilis dili B1/B2 səviyyəsində və türk dili)/ dil sertifikatı tələb oluna bilər
  • Yalnız I, II və III kurs UNEC tələbələri və magistratura pilləsinin I kurs tələbəsi olmaq

*
Müraciət tarixləri: hər tədris ilinin fevral-mart aylarında

Tələb olunan sənədlər:

  • Transkrip
  • CV (azərbaycan və ingilisdilində)
  • Pasport və ya şəxsiyyət vəsiqəsi

*
Müraciət üçün: 
Beynəlxalq əlaqələr departamenti, PərvinPaşayeva, UNEC-in əsas tədris binası, İstiqlaliyyət 6, 115-ci otaq, tel.:(+994) 12 492-60-45, [email protected] , saat 11.00-16.00

 

MEVLANƏ MÜBADİLƏ PROQRAMI” ÇƏRÇİVƏSİNDƏ UNEC İLƏ ƏMƏKDAŞLIQ EDƏN UNİVERSİTETLƏRİNİN SİYAHISI

 

Tempus 

ELANLAR

“Erasmus+”mübadilə proqramı vasitəsi ilə Türkiyənin Hacəttəpə Universitetində mübadilədə iştirak edə bilmək imkanı (06.11.2017)
Magistrlar üçün Erasmus+ proqramı çərçivəsində Slovakiyada təhsil almaq imkanı (06.11.2017)
UNEC müəllimləri Türkiyənin Hacəttəpə Universitetində mübadilədə iştirak edə bilərlər (06.11.2017)

57505 6