Beynəlxalq Reytinq texnologiyaları Akademiyası (Ukrayna, Kiyev) tərəfindən «Qızıl Fortuna» XXI əsrin keyfiyyət planı
1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti
Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir.
UNEC-də 10 fakültə fəaliyyət göstərir,
22 ixtisas üzrə 18 mindən çox tələbə və magistr təhsil alır.
Mindən çox müəllim, o cümlədən sıralarında
Milli Elmlər Akademiyasının,
Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət Mükafatı laureatları,
əməkdar müəllim və elm xadimlərinin olduğu
77 professor, 326 dosent çalışır.
UNEC-də dünyanın 12 ölkəsindən olan
850-dən çox tələbə və magistr təhsil alır.
Beynəlxalq Reytinq texnologiyaları Akademiyası (Ukrayna, Kiyev) tərəfindən «Qızıl Fortuna» XXI əsrin keyfiyyət planı
Elmin inkişafına və milli kadrların hazırlanmasında töhfəsinə görə "UĞUR" Milli mükafatı
Avropanın tanınmış universitetləri arasında aparılan sorğu nəticəsində Avropa Biznes Assambleyası, Avropa universitetləri, Avropa Rektorlar Klubu və Oksford Universiteti tərəfindən təsis olunmuş "Avropa Keyfiyyəti" mükafatı
«İlin Universiteti» Milli mükafatı
«İNTELLEKT-2007» ilin layihəsi mükafatı (İnformasiya-kitabxana mərkəzi layihəsi)
«Türk dünyasına və türk mədəniyyətinə xidmət» mükafatı
Beynəlxalq Kadr Akademiyasının (Ukrayna) Qızıl medalı
Azərbaycanın iqtisadi və sosial inkişafına göstərdiyi xidmətlərinə görə «Vətən övladı» və «Dədə Qorqud» medalı (Dədə Qorqud Fondunun Ali Şurası tərəfındən)
Peşəkar fəaliyyətdə qabaqcıl və müasir təhsil texnologiyalarının hazırlanması və səmərəli istifadə edilməsinə, təhsildə innovasiyaların sürətlə və çevik tətbiq edilməsinə görə «XXI yüzilliyin lideri» Beynəlxalq imic Proqramının «Minilliyin mükafatı» diplomu, kuboku və ordeni
9-cu Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisində ən yaxşı təqdimata görə “Best Performance” sertifikatına layiq görülüb. Dünyanın 16 ölkəsindən 130-dan çox ali təhsil müəssisəsinin qatıldığı sərgidə “Best Performance” sertifikatına layiq görülən yeganə universitetdir
Respublikada ilk dəfə olaraq UNEC-in Biznes Məktəbi EFMD (European Foundation for Management Development (Busines School Accreditation) təşkilatının tam hüquqlu üzvü qəbul edilib
Azərbaycan tarixində ilk dəfə olaraq Avropa İttifaqına üzv ölkə - Yunanıstanın Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu ilə birgə kadr hazırlığını həyata keçirir
Tədrisin təşkilini interaktiv və müasir texnologiyalar əsasında həyata keçirən Elektron Universitet Platforması ölkədə ilk dəfə UNEC-də gerçəkləşdirilib
Dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərindən olan “The Ranking Web” və ya “Webometrics” açıqladığı son siyahıya görə UNEC Azərbaycan universitetləri arasında liderliyini qoruyub saxlayıb. UNEC bu göstəricilər üzrə Azərbaycan ali təhsil müəssisələri arasında yeganə universitetdir
Dünya universitetlərinin veb populyarlığını müəyyən edən uniRank reytinqinin 2016-cı ilin son nəticələrinə görə UNEC birinci olub. Reytinq qiymətləndirilməsinə əsasən, universitet internet resursları üzrə ölkənin ən yaxşı və ən populyar ali məktəbi seçilib
Ölkəmizdə ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır.
Azərbaycan SSR Xalq Komissarları Şurasının qərarına əsasən o zamankı Azərbaycan Dövlət Universitetinin ayrı-ayrı institutlara bölünməsi və onun tərkibindəki İqtisad bölməsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutunun yaradılması ilə bugünkü Azərbaycan Dövlət İqtisad Universitetinin təməli qoyulmuşdur.
Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında əvvəllər müxtəlif nazirlik və idarələrin tabeliyində fəaliyyət göstərən Sosialist Uçotu, Sovet Quruculuğu və Hüquq, Maliyyə, Plan-iqtisad kimi kiçik institutları da özündə birləşdirən və güclü potensiala malik Azərbaycan Sosial İqtisad İnstitutu yaradılmışdır.
Böyük Vətən müharibəsinin başlanması ilə bir sıra institutlar, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu da Azərbaycan Dövlət Universitetinə birləşdirilmiş, 1945-1959-cu illər arasında isə müstəqil fəaliyyətini davam etdirmişdir.
SSRİ Nazirlər Sovetinin müvafiq qərarına uyğun olaraq, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyəti növbəti dəfə dayandırılmış və aparıcı iqtisad yönümlü ixtisaslar Azərbaycan Dövlət Universitetində cəmləşdirilmişdir.
Müstəqil fəaliyyəti bərpa olunan Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu 1987-ci ildə yenidən bağlanmış və onun əvəzinə N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı yaradılmışdır.
SSRİ Nazirilər Sovetinin qərarı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu yenidən fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası Prezidentinin 349 saylı fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında yeni ali məktəb -Azərbaycan Dövlət İqtisad Universiteti yaradıldı. Beləliklə, 1930-cu ildə əsası qoyulmuş universitetimiz kiçik bir fakültədən bu gün Azərbaycanın ən aparıcı müəssisələrindən biri olaraq Qafqazın ən böyük ali iqtisad təhsil ocaqlarından birinə çevrilməklə, ölkəmizdə sənaye, kənd təsərrüfatı, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment kimi mühüm sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlandığı əsas mərkəz hesab olunur. Bizim məqsədimiz gələcəkdə universitetimizi dünya təhsil məkanına inteqrasiya olunan müasir elektron universitetə çevirməkdir. Azərbaycan Dövlət İqtisad Universitetinin həyatında yadda qalan hadisələrdən ən önəmlisi Ulu Öndər Heydər Əliyevin universitetə gəlişi olmuşdur. 2002-ci ilin iyun ayının 13-də o zaman Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İqtisad Universitetinin 70 illik yubiley mərasimində iştirakı çoxminli kollektivimizin xatirində əbədiyaşar hadisəyə çevrildi. Heydər Əliyevin dövlətçilik fəaliyyətində Azərbaycan elminə, təhsilinə, fədakar alimlərə və müəllimlərə qayğı və diqqəti xüsusi yer tutmuşdur.
Universitetdə son zamanlar aparılan köklü keyfiyyət dəyişikliklərə ən yüksək qiymət 75 illik yubiley ilə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən verilmişdir. Prezidentin sərəncamı ilə 8 əməkdaşımız "Tərəqqi" medalı ilə təltif edilmiş, 14 nəfərə isə "Əməkdar müəllim"adı verilmişdir. Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyev İqtisad Universitetinin yeni korpusunun açılış mərasimində iştirak etdi və proqram xarakterli nitq söylədi. Prezident İlham Əliyev İqtisad Universitetində keçirilən islahatlara çox yüksək qiymət vermiş, kollektivə ən xoş arzularını yetirmiş, işçilərə uğurlar arzulamışdır. Prezident İlham Əliyev demişdir: «Mən hesab edirəm ki, ən aparıcı vəzifələrdə Azərbaycan kadrları olmalıdır. Bunu etmək üçün onların bilik səviyyəsi yüksək olmalıdır, onlar dünya miqyasında biznes menecmentinin nə olduğunu yaxşı bilməli və öz peşəkarlığını göstərməlidirlər. Azərbaycan Dövlət İqtisad Universitetinin bu işdə çox böyük əməyi var və çox böyük töhfəsi olacaqdır... Mən arzu edirəm ki, Azərbaycanın bütün ali məktəbləri bu səviyyədə olsun».