Dünya şöhrətli alimlər UNEC-in müəllim və tələbələri ilə görüşüblər
06 May 2022
Tələbələrlə görüşən dünya şöhrətli alimlər onlara təhsilin əhəmiyyətindən, elm və təhsilin gənclərin inkişafındakı rolundan danışıblar, tələbələrin uğur əldə edə bilmələri və rəqabətqabiliyyətli ola bilmələri üçün bilik və bacarıqlarını daim inkişaf etdirməyi tövsiyə ediblər.
Gənc müəllimlərlə görüşdə isə ali təhsil sistemindəki yeni trendlərdən, tələbə-müəllim münasibətinin təkmilləşdirilməsi, eləcə də tədqiqatçılıq fəaliyyətindən, multidisiplinar tədqiqatın əhəmiyyətindən bəhs olunub.
https://news.unec.edu.az/xeber/125-universitet/8774-dunya-shohretli-alimler-unec-in-muellim-ve-telebeleri-ile-gorushubler