Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti haqqında




UNEC-də idarəetmə prosesinin təkmilləşdirilməsi barədə Elmi Şuranın 27.02.2018-ci il və 29.06.2018-ci il tarixli qərarlarının icrasını təmin etmək məqsədilə Elm və innovasiyalar mərkəzi və Elm şöbəsi 01.10.2018-ci il tarixdən ləğv edilib və onun bazasında Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti yaradılıb. Texnologiya transfer mərkəzinin statusu dəyişdirilərək 01.10.2018-ci il tarixdən Texnologiya transfer şöbəsi adlandırılaraq departamentin tərkibinə daxil edilib.

Elm şöbəsi əvvəllər «Elmi-tədqiqat» şöbəsi adı altında fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Təhsil nazirinin 11 oktyabr 1994-cü il tarixli 595 saylı əmrinə əsasən, 1995-ci ilin fevral ayından həmin bölmə «Elmi-tədqiqat şöbəsi» adı altında yenidən yaradılmış, 1997-ci ildən isə Elm şöbəsi kimi fəaliyyətini davam etdirmişdir.

Hal-hazırda universitetdə yeni sosial-iqtisadi sisteminin formalaşmasının elmi-metodoloji aspektləri istiqaməti üzrə 4 problem mövzu ətrafında elmi-tədqiqat işləri aparılır:

  • Ölkədə yeni iqtisadi münasibətlərin formalaşmasının nəzəri-metodoloji aspektdən interpretasiyası;
  • Bazar iqtisadiyyatı şəraitində sosial-iqtisadi münasibətlərin formalaşması məsələləri;
  • Müasir şəraitdə yeni elmi təfəkkürün formalaşması məsələləri;
  • İqtisadi-riyazi və texnoloji problemlərin sistemli tədqiqi.

Azərbaycan Dövlət İqtisad Universiteti nəinki respublikada ən böyük pedaqoji potensiala malik olan iqtisadyönümlü ali təhsil ocağıdır, о, həm də güçlü elmi-tədqiqat mərkəzidir. Məhz buna görə də müasir dövrdə bu potensialın tam gücü ilə işləməsi üçün çox böyük işlər görülmüşdür. Bunun üçün universitetdə son illərdə bir sıra prioritet istiqamətlər müəyyən edilmişdir. Bunların sırasında:

  • İqtisad elminin müxtəlif sahələri üzrə milli elm məktəblərinin yaradılması prosesinə sistemli yanaşmanın təmin olunması;
  • Elm-təhsil-iqtisadiyyat üçlüyü arasında real məzmunlu inteqrativ bağlılığa nail olunması;
  • Universitetin professor-müəllim heyətini aktiv şəkildə elmi-tədqiqat işlərinə cəlb etməklə elmi fəaliyyətin sosial prosesə çevrilməsinin təmin edilməsi;
  • İqtisad elminin müasir sahələrinin inkişafı, peşə hazırlığının yüksəldilməsi, təhsilin davamlı tərəqqisinin təmin olunması istiqamətində elmi nailiyyətlərdən geniş surətdə istifadə olunması;
  • Müasir elmi-innovativ metodların tədqiqat prosesində və təhsil sistemində effektiv tətbiqinin təmin olunması;
  • Universitetin elmi-tədqiqat sferasının idarə olunmasının təkmilləşdirilməsi;
  • Elmi-metodoloji və elmi-texnoloji profil üzrə kompleks mövzuların müəyyən edilməsi;
  • Dünyanın bir sıra ölkələrində mövcud olan universitetlərin müvafiq qurumları ilə əməkdaşlığı genişləndirərək müasir elmi təcrübələrin universitetdə tətbiqinə nail olunması;
  • Qrantlar, dövlət vəsaitləri, təsərrüfat hesablı müqavilələr əsasında maliyyə vəsaiti cəlb edərək elmin maddi-texniki bazasının inkişaf etdirilməsi;
  • İqtisad elmi ilə bağlı nəşrlərin hazırlanmasını, yayılmasını, konfransların, seminarların və digər elmi tədbirlərin keçirilməsinin dövriliyinə əməl edilməsi;
  • Universitetin əməkdaşlarının beynəlxalq səviyyəli jurnallarda məqalələrinin çapı ilə bağlı informasiya konsaltinq xidmətinin təşkili.



Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin Əsasnaməsi




Əsasnamə

 

 

 




Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin foto-qalereyası







Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti ilə əlaqə




Ünvan:  Bakı, İstiqlaliyyət, 6 (I korpus, otaq 124)
Əlaqə tel: +(994) 12 492-72-98 ; 492-58-31;
18-46 (daxili: 1118)
e-mail: [email protected]




Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin Hesabatları




 UNEC-in elmi fəaliyyəti haqqında vahid hesabat forması HESABAT

1. Fakültə, mərkəz, məktəb, institutların elmi-təşkili strukturu.

2. Fakültə, mərkəz, məktəb, institutların elmi tədqiqat və innovasiya fəaliyyəti.

3. Fakültə, mərkəz, məktəb, institutların elmi-tədqiqat işlərinin planlaşdırılması və yerinə yetirilməsi.

4. Fakültə, mərkəz, məktəb, institutların elmi-tədqiqat işlərinin mühüm nəticələri.

5. Elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqi. Elmi-tədqiqat işlərinin səmərəliliyi.

6. Dövlət təşkilatlarının vəsaiti hesabına maliyyələşdirilən elmi-tədqiqat işləri.

7. Özəl şirkətlərin vəsaiti tərəfindən maliyyələşdirilən elmi-tədqiqat işləri.

8. Qrantlar əsasında yerinə yetirilən elmi-tədqiqat işləri.

9. AMEA ilə elmi əməkdaşlıq haqqında.

10.Xarici ölkələrlə elmi əməkdaşlıq.

11. Dövlət Proqramları və Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş digər sənədlərin icrası.

12.Elmi potensial. Elmi-pedaqoji kadrların hazırlanması.

13.Nəticə və təkliflər.

14.Cədvəllər.




Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin şöbələri




ŞÖBƏLƏR

Elmi fəaliyyətin təşkili şöbəsi

Elmi fəaliyyətin təşkili şöbəsinın əsas funksiyalarına aiddir:

  • İqtisad elminin müxtəlif sahələri üzrə milli elm məktəblərinin yaradılması prosesinə sistemli yanaşmanın təmin olunması;

  • Elm-təhsil-iqtisadiyyat üçlüyü arasında real məzmunlu inteqrativ bağlılığa nail olunması;

  • Universitetin professor-müəllim heyətini aktiv şəkildə elmi-tədqiqat işlərinə cəlb etməklə elmi fəaliyyətin sosial prosesə çevrilməsinin təmin edilməsi;

  • İqtisad elminin müasir sahələrinin inkişafı, peşə hazırlığının yüksəldilməsi, təhsilin davamlı tərəqqisinin təmin olunması istiqamətində elmi nailiyyətlərdən geniş surətdə istifadə olunması;

  • Müasir elmi-innovativ metodların tədqiqat prosesində və təhsil sistemində effektiv tətbiqinin təmin olunması;

  • Universitetin elmi-tədqiqat sferasının idarə olunmasının təkmilləşdirilməsi;

  • Elmi-metodoloji və elmi-texnoloji profil üzrə kompleks mövzuların müəyyən edilməsi;

  • Dünyanın bir sıra ölkələrində mövcud olan universitetlərin müvafiq qurumları ilə əməkdaşlığı genişləndirərək müasir elmi təcrübələrin universitetdə tətbiqinə nail olunması;

  • Qrantlar, dövlət vəsaitləri, təsərrüfat hesablı müqavilələr əsasında maliyyə vəsaiti cəlb edərək elmin maddi-texniki bazasının inkişaf etdirilməsi;

  • İqtisad elmi ilə bağlı nəşrlərin hazırlanmasını, yayılmasını, konfransların, seminarların və digər elmi tədbirlərin keçirilməsinin dövriliyinə əməl edilməsi;

  • Universitetin əməkdaşlarının beynəlxalq səviyyəli jurnallarda məqalələrinin çapı ilə bağlı informasiya konsaltinq xidmətinin təşkili.


Elmmetrika şöbəsi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin (EFTİED) struktur bölməsi olan Elmmetrika şöbəsi UNEC Rektorunun 828/3/2018 №-li əmri ilə yaradılmışdır. Şöbənin fəaliyyət istiqaməti elmi informasiya axını və massivlərinin dinamika və strukturunun tədqiqatı ilə məşğul olmaqdır. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  və nümayəndələrinin nəşr aktivliyinin və istinadlarının artırılması, sistemləşdirilməsi, monitorinqi və bu sahədə dəstəyin göstərilməsi, beynəlxalq bazalarda indeksləşən elmi toplularda nəşr imkanlarının stimullaşdırılması şöbənin əsas məqsədlərinə daxildir.


Texnologiya transfer şöbəsi

Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin Texnologiya transfer şöbəsi UNEC-in maraqları çərçivəsində, regional müəssisə və təşkilatların ehtiyaclarını və UNEC-in mövcud fundamental və strateji işlərinin biznes tələbatlarına uyğunlaşmasını, o cümlədən biliklərin texnologiyaya çevrilməsini, elmi tədqiqatlardan əldə olunan nəticələrin kommersiyalaşdırılmasını və iqtisadi proseslərdə istifadə edilməsini təmin edir. Texnologiyaların inkişafı və innovasiyaların stimullaşdırılması məqsədilə təşkilati xidmətlərin hüquqi mühafizəsi, ideya və ixtiraların müəllif hüquqlarının qorunması və patentləşdirilməsi şöbənin fəaliyyət istiqamətlərinə daxildir. Eyni zamanda, innovasiya sferasında konsaltinq, elmi-texniki və treyninq xidmətlərinin göstərilməsi də şöbənin səlahiyyətləri çərçivəsindədir.




Elmi Fəaliyyətin Təşkili və İdarə edilməsi Departamentinin əməkdaşları




ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİ DEPARTAMENTİ

Məmmədov Zahid Fərrux

Direktor

i.e.d., prof.

 

Muradova Səkinə Faiq

Operator-kargüzar

 

 

Elmi fəaliyyətin təşkili şöbəsi

Hacıyeva Nərgiz Üzeyir

Şöbə müdiri

 

 

Məmmədova Zöhrə Koçay

Böyük mütəxəssis

 

 

Məmmədova Ülviyyə Zeynəddin

Böyük mütəxəssis

 

 

Abdullazadə Aydın Seyfulla

Böyük mütəxəssis

 

 

Elmmetrika şöbəsi

Əlizadə Şəfa Məmmədbağır

Şöbə müdiri

 

 

Texnologiya transfer şöbəsi

İbrahimov Vəkil Həmid

0.5 ştat əvəzçiliklə şöbə müdiri

Baş müəllim