Elmi Şura haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 avqust tarixli 365 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Nizamnaməsinin 4.6-cı bəndinə uyğun olaraq UNEC-in ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq əsasnamə və bu Nizamnamə ilə müəyyən olunur.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.11.1997-ci il tarixli 792/4 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin elmi şurası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq Ali təhsil müəssisəsinə ümumi rəhbərlik mövcud qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi Elmi Şura tərəfindən həyata keçirilir. Elmi Şuranın səlahiyyət müddəti 3 ildir. Elmi Şuranın vaxtından əvvəl yenidən yaranması onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə həyata keçirilə bilər.
Tutduqları vəzifələrinə ğörə Elmi Şuranın tərkibinə ali təhsil müəssisəsinin rektoru (sədr), tədris işləri üzrə prorektoru (sədr müavini), prorektorlar, elmi katib, dekanlar, ali təhsil müəssisəsinin tərkibində fəaliyyət ğöstərən elmi-tədqiqat institutlarının direktorları, həmkarlar təşkilatının sədrləri (əməkdaşların və tələbələrin), şöbə müdirləri və Tələbə-Elmi Cəmiyyətinin sədri daxil olur. Elmi Şuranın diğər üzvləri ali təhsil müəssisəsinin professor-müəllim və elmi işçilərinin ümumi sayının 3-10%-ni təşkil edir. Bu miqdar rektor tərəfindən professor-müəllim və elmi işçilərinin sayından asılı olaraq müəyyənləşdirilir. Elmi Şuraya namizədlər hər bir fakültənin professor-müəllim və elmi işçilərinin ümumi içlasında gizli səsvermə yolu ilə seçilir. Bundan əlavə Elmi Şuranın tərkibinin 10 %-ə qədəri ali təhsil müəssisəsinin başçısı – rektoru tərəfindən ümumi saya əlavə olaraq təyin edilə bilər (ali təhsil müəssisəsinin daxilində). Professor-müəllim elmi işçilərinin ümumi sayının 2/3 hissəsi iştirak etdikdə iclas səlahiyyətli sayılır. Fakültəyə ayrılan yerlərə iştirakçılardan 50 %-dən daha artıq çox səs toplayanlar Elmi Şuraya üzv seçilmiş hesab edilirlər. Hər bir əməkdaş şura üzvlüyündən çıxdığı halda boşalan yeri həmin fakültənin (bölmənin) nümayəndəsi mövcud qaydada vaxtından əvvəl seçki keçirməklə tuta bilər.
Elmi Şura - Sənədlər
UNEC-in Elmi Şurasının 27 yanvar 2023-cü il Qərarı ilə Elmi Şuranrun tərkibində fəaliyyət göstərən komissiyaların tərkibi təsdiq edilmişdir.
Elmi Şuranın daimi komissiyaları haqqında Əsasnamə
“UNEC-də Qonaq Alimin statusu və fəaliyyəti haqqında” Qaydalar
UNEC kafedra haqqında ƏSASNAMƏ
Elmi Şuranın tərkibi
1 | Muradov Ədalət Cəlal oğlu (sədr) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2 | Musayev Gəray Cümşüd oğlu (sədr müavini) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
3 | Mustafayeva Ərəbiyyə Ənvər qızı (elmi katib) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
4 | Eyvazlı Cəfər Vaqif oğlu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
5 | Yaqubov Sakit Məmədi oğlu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
6 | Əsgərov Şaiq Əhəd oğlu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
7 | Qəndilova Səadət Tağı qızı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
8 | Qasımov Raqif Xanbala oğlu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
9 | Muradlı Neman İmran | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
10 | İsmayılov Nəsimi Zakir oğlu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
11 | Bağırzadə Elşən Rəsul oğlu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
12 | Yüce Mehmet Halim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
13 | Eyvazov Elçin Təhməz oğlu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
14 | Əhmədov Mirağa Məhərrəm oğlu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
15 | Səmədov Elçin Ələsgər oğlu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
16 | Cəfərov Elman Novruz oğlu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
17 | Hacıyev Hafis Əhməd oğlu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
18 | Əhmədov Fariz Saleh oğlu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
19 | Quliyeva Aida Aydın qızı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
20 | Hacıyev Nazim Özbəy oğlu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
21 | Məmmədova Lalə Hamlet qızı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
22 | Bərxudarov Mansur İsa oğlu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
23 | Tanrıverdiyev Səbuhi Miləddin oğlu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
24 | Kurbanov Kurban Seidoviç | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
25 | Məmmədli Qələndər Rizvan oğlu
|