UNEC Distant Təhsil Tədqiqat İnstitutu haqqında
UNEC Extern tədris mərkəzi UNEC rektorunun 12 noyabr 2019-cu il tarixli 994/3/2019 nömrəli əmri ilə yaradılmışdır. UNEC-in Marketinq və kommunikasiya departamentinin Rəqəmsal media bölməsinin müdiri-sayt administratoru Zaur Vaqif oğlu Əziz 14.12.2020-ci il tarixində Mərkəzin direktoru vəzifəsinə təyin edilmişdir.
2021-ci ilin senytabrında Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin Elektron universitet şöbəsinin adı dəyişdirilərək Təhsil və təlim texnologiyaları şöbəsi adlandırılıb. 12.10.2021-ci il tarixdən Təhsil və təlim texnologiyaları şöbəsi Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin tərkibindən çıxarılaraq UNEC Extern tədris mərkəinin strukturuna daxil edilib.
O cümlədən Mərkəz:
-
UNEC-in tərəfdaşları ilə distant təhsil məsələləri üzrə qarşılıqlı əlaqələri təşkil edir;
-
Distant təhsil məsələləri üzrə universitetdaxili sənədlərin hazırlanmasını təşkil edir;
-
UNEC-in mərkəz, məktəb, filial, kollec və digər struktur bölmələrinin distant təhsil məsələləri üzrə fəaliyyətinin koordinasiyasını həyata keçirir;
-
Distant təhsil sahəsində yaradılan intellektual mülkiyyət üzərində UNEC-in müstəsna hüquqlarının təsbit olunmasını təmin edir;
-
İnformasiya-telekommunikasiya şəbəkələrindən istifadə olunmaqla distant formada nəzarət və qiymətləndirmə tədbirlərinin həyata keçirilməsini təmin edir;
-
Distant kursların statistik məlumatlarının tədqiqat məqsədləri üçün təqdim olunmasını koordinasiya edir və analitik hesabatlar hazırlayır;
14.12.2020-ci il tarixində Mərkəz tərəfindən distant dərslərin təşkili, onların idarə edilməsi və nəzarətdə saxlanılması, mütəmadi olaraq keçirilmiş dəsrlər üzrə hesabatların hazırlanması üzrə işçi heyətin tərkibi UNEC rektorunun müvafiq əmrinə əsasən təsdiq edilmişdir.