UNEC Həmkarlar İttifaqı haqqında
UNEC-də sosial təminat
İqtisad Universitetinin mövcud olduğu bütün tarixi mərhələlərdə başqa ictimai təşkilatlarla (Xalq Nəzarət Komitəsi, Qadınlar Şurası və s.) yanaşı, Həmkarlar Komitəsi də təhsil, təlim-tərbiyə, sosial-mədəni sahələrin təşkili və inkişafında mühüm rol oynamışdır.
1966-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki UNEC) müstəqil fəaliyyətə başladıqda ayrı-ayrı bölmələr kimi, Həmkarlar Komitəsi də institutun dövrün tələblərinə uyğunlaşması yönümündə bütün gücünü səfərbər etmişdir. 1966-cı ildə universitetin Həmkarlar İttifaqı Komitəsinə Əli Həsənov, dos. Sabir Qəhrəmanov, dos. Şamil Qasımov, b/m. Cəfər Hacıbəyov, dos. Əli Əliyev, dos. Xanhüseyn Kazımlı, prof. Zahid Məmmədov, prof. Şəmsəddin Hacıyev, dos. Həmid Zeynalov, dos. Hamlet Süleymanov, Seymur Orucov, Pərviz Zeynalov rəhbərlik etmişlər. 2022-cü il fevralın 7-dən dən UNEC-in Həmkarlar Komitəsinə Rüfət Süleymanlı sədrlik edir.
Universitet Həmkarlar İttifaqının müasir dövrdə, fəaliyyəti əsasən 3 istiqamət üzrə həyata keçirilir:
- Tədris və əmək intizamının gücləndirilməsi. Bu sahə üzrə Həmkarlar İttifaqı tədris və əmək intizamının möhkəmləndirilməsinə, müəllimlərin və digər əməkdaşların əmək intizamına düzgün riayət etməsinə daim nəzarət edir.
- Mədəni-kütləvi işlərin təşkili. Bu istiqamətdə də Həmkarlar İttifaqı bir çox bayram günlərinin, əməkdaşların yubileylərinin təntənəli qeyd olunmasında böyük rol oynayır.
- Universitet əməkdaşlarının sağlamlığının qorunması və istirahətinin təşkili. Universitet əməkdaşlarının istirahətinin səmərəli təşkili üçün Həmkarlar İttifaqı Komitəsi tərəfindən hər il respublika əhəmiyyətli sanatoriyalara, istirahət evlərinə göndərişlər ayırır.
Bununla yanaşı, universitetin Quba rayonu Nüqədi kəndində yerləşən tədris, idman və istirahət kompleksində səmərəli istirahət üçün də hər cür şərait yaradılmışdır.
Universitetin Həmkarlar İttifaqı Komitəsi Tələbə Həmkarlar Təşkilatı və Tələbə Şurası ilə birlikdə fəaliyyət göstərir və onların fəaliyyətinə əməli yardım göstərir.
Universitetdə çalışan əməkdaşların əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədilə təsis edilmiş universitetin Həmkarlar İttifaqı Komitəsi yarandığı dövrdən başlayaraq aşağıdakı istiqamətlərdə fəaliyyətini uğurla davam etdirir:
Əməkdaşlara maddi yardım göstərilməsi
UNEC-in HK-si Universitet əməkdaşlarına ailələri az təminatlı olduqda, ailəsində bədbəxt hadisə baş vedikdə, yaxınları dünyasını dəyişdikdə, əməliyyat olunduqda, uzun müddət xəstə yatdıqda və digər hallarda maddi cəhətdən çox ehtiyac yarandıqda birdəfəlik maddi yardım göstərilir. Əməkdaşlardan dünyasını dəyişən olduqda isə onların ailəsinə yardım göstərilir.
Mədəni-kütləvi tədbirlərin təşkili və iştirakın təmin edilməsi
UNEC-in Həmkarlar Komitəsi universitet və respublika səviyyəsində keçirilən bayramların, konsertlərin, idman və bilik yarışlarının, müəllim və tələbə elmi konfranslarının və digər mədəni-kütləvi tədbirlərin təşkilində yaxından iştirak edir, gənclərin hərtətəfli inkişafı, onların potensialının üzə çıxarılması, hərbi-vətənpərvərlik, vətəninə və xalqına sadiqlik ruhunda tərbiyə edilməsi və yetişdirilməsi məqsədilə tədbirlər təşkil edir.
2010-cu ildə İqtisad Universitetinin Həmkarlar Komitəsi ali təhsil müəssisələri ilə birgə Müdafiə Nazirliyinin Füzuli rayonundakı “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olan əsgər və zabitlərə yardım kompaniyası təşkil etmişdir.
UNEC-in HK tərəfindən universitet əməkdaşlarına müxtəlif konsert və teatr tamaşalarına pulsuz biletlər paylanılmışdır, həmçinin universitet əməkdaşlarının uşaqlarının Yeni il və Novruz bayramı münasibətilə şənliklərdə pulsuz iştirakı təmin edilir.
Əməkdaşların sağlamlığına qayğı göstərilməsi
Müalicə üçün universitet əməkdaşlarına aşağıdakı sanatoriyalara güzəştli və pulsuz yollayışlar verilir:
- “Bilgəh” kardioloji sanatoriyası;
- “Günəşli” əsəb sistemləri sanatoriyası;
- “Abşeron” mədə-bağırsaq sanatoriyası;
- “Qalaaltı” böyrək xəstəlikləri sanatoriyası;
- “Naftalan” sanatoriyası;
- “Şıx” oynaq hərəkətliyi sanatoriyası;
- Masallıda “İstisu”, “Fatimeyi-Zəhra” şəfa sanatoriyası.
Əməkdaşların istirahət vaxtlarının təşkil edilməsi
Universitet əməkdaşlarına güzəştli qiymətlərlə aşağıda adları çəkilən istirahət mərkəzlərinə yollayışlar verilir:
- Qəbələdə yerləşən “Yeddi gözəl”, “Duyma” istirahət mərkəzləri;
- İsmayıllıda yerləşən “Green House” istirahət mərkəzi;
- Nabranda yerləşən “Xəzər”, “Dostluq” və “Flaminqo” turbazaları.
*
Hər il UNEC-in 100-dən çox əməkdaşına müalicə-istirahət məqsədi ilə yollayışlar verilir.
UNEC Həmkarlar İttifaqının sədri
Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı
Rüfət Süleymanlı 17 noyabr 1994-cü ildə anadan olub.
2001-2012-ci illərdə S.Kərimov adına orta məktəbdə təhsil alıb.
2012-ildə məktəbi fərqlənmlə ilə bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub.
2016-2019-cu illərdə Odlar Yurdu Universitetində Bank işi ixtisası üzrə magistr təhsili alıb.
2013-cü ildən YAP-ın üzvüdür.
2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitenin Tələbə Həmkatlar İttifaqı Komitəsinin sədri seçilib.
2013 və 2015-ci ildə YAP Səbail rayon təşkilatı tərəfindən ictimai siyasi fəaliyyətində fərqləndiyinə görə Fəxri Fərmanla təltif olunub.
2016-cı ildə sosial-ictimai fəaliyyətində fərqləndiyinə görə Səbail rayonu tərəfindən “İlin gənci” adına layiq görülüb.
“Yüksəliş” müsabiqəsinin yarımfinalçısı olub.
2020-ci ildə UNEC-in 90 illik yubileyi münasibətilə səmərəli fəaliyyəti ilə əlaqədar Təhsil İşçiləri Respublika Komitəsi tərəfindən təltif edilib.
2021-ci ildə Təhsil İşçiləri Respublika Komitəsinin 100 illik yubileyi münasibətilə döş nişanı və fəxri fərmanla təltif olunub.
2022-ci il fevralın 7-də UNEC Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.