UNEC-in əsas tədris binası haqqında məlumat
Əsas Tədris Binası Bakının tarixi memarlıq tikililərindən sayılır. Bina XX əsrin əvvəllərində Bakı milyonçusu Musa Nağıyev tərəfindən tikdirilib. Həmin vaxt binada "I Realını Məktəbi" yerləşib. Klassik üslubda tikilmiş binada müxtəlif illərdə bir neçə dəfə təmir-bərpa işləri aparılıb.
Universitetin 1 saylı tədris binası 3 ayrı tikilidən ibarət olmaqla Səbail rayonu İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşir. Tədris və inzibati heyətin yerləşdiyi bina 3 mərtəbə, zirzəmi və mansard olmaqla 14599,6 m2, 3 nömrəli tələbə poliklinikasının və "UNEC Extern" mərkəzinin yerləşdiyi bina 2 mərtəbə və mansard olmaqla 565,1 m2, 7/24 elektron kitabxananın yerləşdiyi bina isə 3 mərtəbə olmaqla 284,4 m2 faydalı sahədən ibarətdir. O cümlədən inzibati və pedaqoji struktur bölmələr üzrə otaqlar 3832 m2, auditoriyalar 3853m2, laboratoriyalar 190 m2, kitabxana otaqları 598 m2, yeməkxana 880 m2, akt zalları 736 m2 və poliklinika 178,1 m2, nəşriyyat 187 m2 təşkil edir.
Əsas tədris binası üzrə otaqların təyinatı
UNEC-in Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşən əsas tədris binasının 288 nəfər iştirakçı tutumuna malik olan böyük konfrans zalı tarixi əhəmiyyətə malik olan ən müasir tələblər səviyəsində zövqlə təmir olunmuş və müvafiq texniki vasitələrlə təchiz edilmişdir. Burada Beynəlxalq elmi konfranslar, seminarlar, simpoziumlar, respublika əhəmiyyəti rəsmi və bədii yaradıcılıq tədbirləri, musiqili bayram tədbirləri, UNEC böyük Elmi Şurasının iclasları və s. tədbirlər təşkil olunur.
Böyük konfrans zalında iştirakçıların rahatlığının təmin olunması üçün isitmə- soyutma sitemi quraşdırılmış, keçirilən tədbirlərin və təqdimatların böyük ekranda nümayişi, işıqlandırma və səs sisteminin müasir tələblər səviyəsində təşkili üçün müasir texniki imkanlar yaradılmışdır.
Qeyd olunan tədris binasında böyük konfrans zalı ilə yanaşı 90 nəfər iştirakçı tutumu olan Heydər Əliyev İqtisadi İrsinin öyrənilməsi Mərkəzi də əməkdaşların və təhsilalanların istifadəsindədir. Burada Azərbaycana otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü bəxş etmiş ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı fotostendlər quraşdırılmış və büstü qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında müxtəlif konfranslar və tədbirlər məhz bu zalda təşkil olunur.
Eyni zamanda, 47 nəfər iştirakçı tutumu olan, təqdimat üçün proyektor, böyük ekran, həmçinin yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə birbaşa qoşulmaq üçün yüksək təsvir gücünə malik olan kamera və monitorla təchiz edilmiş Kiçik konfrans zalı da vardır ki, burada eyni zamanda kiçik həcmli konfransların, seminarların və tədbirlərin keçirilməsi təmin olunur.
Bundan başqa, 2015-ci ildən yüksək zövqlə təmir edilmiş və ən müasir texniki vasitələr və avadanlıqlarla təzhiz edilmiş, 65 nəfər iştirakçı tutumu olan və hər bir iştirakçı sayına görə (bir iştirakçı-bir mikrafon) mikrafonlar quraşdırılmış, xüsusi səsgücləndiricilər və ağıllı tribuna ilə təzhiz edilmiş Ağ zal - konfrans zalı da mövcuddur.
Əsas tədris binasında tədbir zalları

Əsas tədris binasının kitabxanaları
1 saylı kitabxana internetə və elektron resurslara çıxışı olan 15 yeni kompüterlə təchiz edilib, 5 min nüsxəyə yaxın kitab, Azərbaycan və rus dillərində elmi jurnallar və gündəlik qəzetlər istifadəyə verilib. Sevindirici haldır ki, açılışının ilk günlərindən kitabxanada gün ərzində 250-300 nəfər oxucu qeydə alınmışdır. UNEC-in 2 saylı tədris binasında yerləşən kitabxana əsaslı təmirdən sonra iqtisadiyyatın müxtəlif sahələrinə dair 11060 nüsxə Azərbaycan, ingilis və rus dillərində ədəbiyyatla təmin olunub. Kitabxana 130 oxucu yeri ilə internetə və elektron resurslara çıxışı olan 25 yeni kompüterlə təchiz edilib. Hər iki kitabxana həftə içi saat 09:00-dan 22:00-dək fəaliyyət göstərir və 2 saylı kitabxanada evə kitab verilişi də həyata keçirilir. Mərkəz üzrə ümumi 500 oxucu yeri olan kitabxanalarda 105 kompüter oxucuların istifadəsinə təqdim edilir. 2019-cu il ərzində fasiləsiz rejimdə xidmət göstərən 24/7 kitabxana, eləcə də yeni təmirdən çıxmış müasir standartlara cavab verən 1 və 2 saylı kitabxanaların fəaliyyəti ilə oxucu davamiyyətində də xeyli artım olmuş, bu göstərici mərkəz üzrə il ərzində 147 520 nəfər təşkil etmişdir. Bu oxuculara 49 223 nüsxə kitab, jurnal və digər resurslarla xidmət həyata keçirilmişdir. Təkcə 2020-ci ilin yanvar ayı ərzində isə mərkəz üzrə oxucu davamiyyəti 14980 (gecə oxucularının sayı 1122 nəfər), istifadə edilmiş ədəbiyyat 630 nüsxə, elektron resurs 3678 olmuşdur.
Mərkəzin 1000-ə yaxın elektron və audio kitablarından il ərzində 12000-ə qədər, ümumilikdə struktur bölmələrdə təqdim edilən elektron xidmətlərdən (elektron və audio kitablar, elektron platformalar və s.) 20000-dən artıq oxucu davamlı şəkildə istifadə etmişdir.
Kitablarla yanaşı 24-ü jurnal, 16-sı qəzet olmaqla, ümumilikdə 40 adda yerli və beynəlxalq dövri nəşrə də abunə olunmuşdur. Maliyyə və uçot, UNEC ekspert, İqtisad elmləri nəzəriyyə və praktika, Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi xəbərləri, Statistika xəbərləri, Банковское дело, Вопросы экономики, Деньги и кредит, Пищевая промышленность, Российский Экономический Журнал, Финансы, Экономист, Экономика образования, Наука и жизнь, The Economist adlı elmi jurnallar oxucuların istifadəsinə təqdim edilir.
Əsas tədris binasında muzey
Azərbaycan Dövlət İqtisad Universitetinin tarix muzeyi 4 yanvar 1985-ci il rektorun əmrinə əsasən yaradılmışdır.
Tarix Muzeyi UNEC-in rektorunun tabeçiliyindədir. Muzey 2001-ci ildən etibarən özünün ekspozisiya göstəriciləri və fondlaşdırma sisteminə görə müstəqil hüquqlu müəssisə olaraq dövlət müəssisəsi adlanır.
UNEC-in Tarix Muzeyi haqqında Əsasnamə 16 iyul 2000-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı hüquqi şəxslərin qeydiyyat şöbəsində qeydiyyatdan keçmişdir. Bu Əsasnamə, həmçinin 4 noyabr 2000-ci ildə universitetin Elmi Şurasında təsdiq edilmişdi.
Muzey aşağıdakı tematik bölmələrdən ibarətdir:
- UNEC-in yaranması, təşkili və əsas tarixi inkişaf mərhələləri haqqında materiallar;
- Azərbaycan Demokratik Respublikasının (1918-1920-ci illər) yaranmasına həsr edilmiş materiallar.
- Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən bölmə.
- UNEC-in rektorları.
- UNEC-in elmi nailiyyətləri.
- UNEC-in mükafatları.
- UNEC-də işləyən Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri.
- UNEC-in tanınmış alim-iqtisadçılarının xatirəsi haqda materiallar.
- UNEC-in fəxri məzunları.
- UNEC-in fəxri doktor və professorları;
- UNEC-in fakültələri və kafedralarının fəaliyyəti səhifələri.
- UNEC-in Böyük Vətən Müharibəsi və Əmək veteranları.
- UNEC-in icmalçı-tələbələri.
- Universitetin ictimai-mədəni həyatı.
- Tələbə həyatı bölməsi.
- Dağlıq Qarabağ Muxtar vilayətinin və yeddi inzibati rayonun işğalına gətirib çıxaran Ermənistanın silahlı təcavüzünə və Qarabağ separatçılarının bandit hərəkətlərinə qarşı mübarizədə (1992-1994 illər) və 20 yanvar 1990-cı ildə, sovet ordusunun Bakıya yeridilməsi nəticəsində həlak olan Azərbaycan Respublikasının Milli Qəhrəmanları.
Bu bölmələrdə Universitetin həyatı ilə bağlı sahələrin aşkara çıxarılmasına, iqtisadi-mədəni göstəricilərini dolğun əks etdirən materialların toplanılmasına daha çox diqqət yetirilmişdir. Bu baxımdan universitetin «Tarix muzeyi» mədəni irsimizin qorunmasında əhəmiyyətli rol oynayır.
Əsas tədris binasında tələbə poliklinikası
Hazırda ölkəmizdə tələbələrin sağlamlığının qorunması və möhkəmləndirilməsi böyük tibbi-sosial və ictimai əhəmiyyət kəsb edir.
Bütün ATM-də (Ali Tədris Müəssisələri), o cümlədən UNEC-də tələbə poliklinikası fəaliyyət göstərirlər. Poliklinikanın əsas vəzifələrindən birini xəstəliklərin erkən diaqnostikası və profilaktikası, sağlam həyat tərzinin təbliğatı təşkil edir.
Son illər ərzində tələbələrdə bir sıra xəsəliklər - yaxındangörmə, duruşun pozulması, skolioz, osteoxondroz, neyro-damar distoniyası, asteno-nevrotik pozğunluqlar, mübadilə pozğunluqları kimi patoloji halların və xəstəliklərin artmasına gətirib çıxarıb.Buna səbəb baxışın gərginləşməsi (o cümlədən, ümumi kompyuterləşmə, mobil telefonlar və s. bağlı), azhərəkətli statik gərginlik, qidalanmanın az, qeyri-müntəzəm və balanslaşdırılmamış olması, yuxu və istirahət rejiminin pozulmasıdır.
Poliklinikanın ən vacib vəzifəsi hər il tələbələrin dispanserizasiyasının aparılmasıdır. Dispanserizasiyanın əsas məqsədi əlilliyə, vaxtından əvvəl ölümə gətirib çıxaran qeyri-infeksion xəstəliklərin aşkar edilməsidir.
Profilaktik tədbirlər, xəstəliklərin erkən aşkarlanması, vaxtında və düzgün diaqnostika xroniki qeyri-infeksion xəstəliklərin əmələgəlmə səbəblərini, artıq belə xəstəliklərdən əziyyət çəkən şəxslərdə isə xəstəliyin gedişatının ağırlıq dərəcəsini və ağırlaşmalarının yaranma tezliyini əhəmiyyətli dərəcədə aşağı salmağa imkan yaradır.
Xəstəlik aşkar edilən zaman poliklinika həkimi xəstəyə yardım göstərir və ya lazımi imkan, zəruri avadanlıq və mütəxəssis olmadığı təqdirdə ,xəstəni müalicə üçün uyğun profilli tibb müəssisəsinə göndərir. Poliklinika həkimi xəstənin sonrakı müalicəsinə nəzarət edir və bütün məlumatları ambulator karta daxil edir.
Dispanserizasiyanın mühüm tərkib hissələrindən birini tələbələrin flüoqrafik müayinəsi təşkil edir. Tələbələrin sayının çoxluğu və flüoqrafik qurğunun olmaması, bu müayinənin aparılmasında bəzən çətinliklərin meydana çıxmasına səbəb olur. Ümüdvarıq ki, şəhərdə flüoqrafik qurğuların sayının artması ilə bu problem öz həllini tapacaq.
2015-ci ilin iyulundan 3 saylı Tələbə Poliklinikasına baş həkim Aybəniz Hacıyeva rəhbərlik edir.