Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin nümayəndəsi ADİU-da

21 Fevral 2015
view131
 

Fevralın 20-də Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Banklar və bank işi menecmenti kafedrasının dosenti Azər Səfərov və Qazaxıstan İnvestisiya Fondunun icraçı direktoru Emil Qasımov Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Bank işi kafedrasının professor-müəllim heyəti və tələbələri ilə görüş keçirib.


Görüşdə çıxış edən A.Səfərov Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin bank işi kafedrasının tədris prosesi barədə iştirakşılara geniş məlumat verib. Qonaq bildirib ki, gələcəkdə universitetlər arasında tələbə və müəllim mübadiləsi, akademik əməkdaşlıq, təcrübə və informasiya mübadiləsi, konfransların, seminarların keçirilməsinə nəzərdə tutulub. Həmçinin, beynəlxalq proqramlar çərçivəsində birgə elmi tədqiqatların aparılması, qarşılıqlı mədəni əlaqələrin artırılması məsələləri də müzakirə olunub.


Sonra Qazaxıstan İnvestisiya Fondunun icraçı direktoru Emil Qasımov İslam bankçılığı mövzusunda iştirakçılara ətraflı məlumat verib.


Sonda iştirakçıları  maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!