Türk Dünyasının alimləri UNEC-də

24 Sentyabr 2021
view166
 

KONFRANS-240921Sentyabrın 27-29-da Türk Dünyası Araşdırmaları Vəqfinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransı keçiriləcək.


Konfransda Türkiyənin elm və təhsil sahəsi üzrə bir sıra rəsmiləri, Türk dövlətlərinin aparıcı universitetlərinin rektorları və nüfuzlu alimləri də iştirak edəcəklər.

Konfransın açılışından öncə ümummilli lider Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanı ziyarət olunacaq, eləcə də UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan yeni Memorial-Xatirə Kompleksinin açılışı olacaq.

3 gün gün davam edəcək konfransda postkovid dövründə Türk Dünyası dövlətləri arasında təhsilin inkişafı, yeni əməkdaşlıq imkanları, eləcə də Qarabağ Zəfərinin Türk Dünyası ölkələrinə iqtisadi təsirləri ilə bağlı geniş və maraqlı müzakirələr aparılacaq, təkliflər irəli sürüləcək.

Sentyabrın 28-də xarici qonaqların Ağdam şəhərinə səfəri də nəzərdə tutulub.

KONFRANSINI PROQRAMI

*

https://news.unec.edu.az/xeber/100-elm/7821-turk-dunyasinin-alimleri-unec-de

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!