UNEC-də “Düzgünlük və Etika”ya həsr olunan təlimlərə start verilib

06 İyun 2021
view115
 

BMT tərəfindən UNODC-nin təşəbbüsü ilə hazırlanmış "Düzgünlük və Etika" modullarının Kapital Bankın dəstəyilə UNEC-də təlimlərinə başlanılıb.


6 həftə davam edəcək təlimlərə UNEC-in 40 tələbəsi ödənişsiz iştirak etmək hüququ qazanıb.

Təlim proqramı ABŞ-ın Fletçer Hüquq və Diplomatiya Məktəbinin və İngiltərənin Nottingem-Trent Universitetinin məzunu, Kapital Bankın Beynəlxalq əlaqələr üzrə İdarə Heyətinin sədrinin müşaviri Dr.Vüqar Sadiq tərəfindən aparılır.

Proqram çərçivəsində Giriş və konseptual əsaslar (Introduction and Conceptual Framework), Etik liderlik (Ethical Lidership), Etik fəaliyyətlər üçün strategiyalar (Strategies for Ethical Action), Davranış etikası (Behavioural Ethics), Bisnes düzgünlüyü və etikası (Business Integrity and Ethics) və Peşəkar etika (Professional Ethics) modulları tədris olunacaq.

*

https://news.unec.edu.az/xeber/100-elm/7550-bold-red-unec-de-duzgunluk-ve-etika-ya-hesr-olunan-telimlere-start-verilib-bold-red

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!