UNEC-də təcrübənin təşkilində yeniliklər tətbiq olunacaq

06 Aprel 2022
view210
 
UNEC-də tələbələrin istehsalat təcrübəsinin təşkilində tətbiq olunacaq yeniliklər barədə müzakirələr aparılıb.

UNEC rektoru professor Ədalət Muradov, tədris üzrə prorektor dosent Gəray Musayev, Qiyabi və əlavə təhsil mərkəzinin rəhbəri Səbuhi Tanrıverdiyevin iştirakı ilə keçirilən müzakirələrdə Təcrübənin təşkili şöbəsinin direktoru Leyla Nəsirzadə təqdimatla çıxış edib.

Təqdimatda tələbələrin istehsalat təcrübəsinin alternativi kimi nəzərdə tutulan təcrübə layihəsi barədə ətraflı məlumat verilib. Layihə işinin məqsədi, mövzuların müəyyən olunması, qiymətləndirmə meyarları, layihə rəhbərinə tələblər və digər məsələlər barədə müzakirələr aparılıb və layihənin təkmilləşdirilməsi istiqamətində təkliflər səsləndirilib.

*

https://news.unec.edu.az/xeber/105-telebe/8626-unec-de-tecrubenin-teshkilinde-yenilikler-tetbig-olunacag

 

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!