UNEC-də təlimlərə start verildi: “Soft Skills”

08 Aprel 2022
view223
 

UNEC Ömürboyu Təhsil Mərkəzində “Təlimçilərin Təlimi -Soft Skills” təlimlərinə start verilib.


UNEC müəllimləri üçün təşkil olunan təlimləri “soft skills” (yumşaq bacarıqlar) sahəsində böyük təcrübəsi olan israilli təlimçi İlana Vaiman Naftul aparır.

İlk təlimdən sonra UNEC rektoru professor Ədalət Muradov təlim iştirakçıları ilə görüşüb. Rektor ölkəmizdə yeni olan “soft skills” anlayışının əhəmiyyətindən söz açaraq, bu bacarıqlara tələbin iş dünyasında gündən-günə artdığını vurğulayıb və təlim iştirakçılarına uğurlar arzulayıb.

UNEC tərəfindən beynəlxalq təcrübə əsasında hazırlanan təlim proqramını uğurla bitirən iştirakçılar UNEC-in sertifikatını əldə edəcəklər. Onlar Ömürboyu Təhsil Mərkəzində qurumlar və müəssisələr üçün “Soft Skills” sahəsində təlimlər keçə biləcəklər.

*

https://news.unec.edu.az/xeber/100-elm/8632-bold-unec-de-telimlere-start-verildi-soft-skills-bold

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!