UNEC-də yeni təyinat

29 Sentyabr 2021
view166
 

Elchin_Eyvazov_290921UNEC rektorunun əmrinə əsasən, dosent Elçin Eyvazov İqtisadiyyat fakültəsinin dekanı vəzifəsini icra edəcək. O, bu vəzifəyədək İqtisadiyyat fakültəsinin dekan müavini vəzifəsində çalışıb.


Elçin Eyvazov 20 iyun 1975-ci ildə  anadan olub.

2000-ci ildə  Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

2001-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Gömrük işinin təşkili kafedrasında baş laborant, 2002-ci ildən Beynəlxalq ticarət və gömrük işi kafedrasında dosent vəzifəsində çalışır.
2013-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2015-ci ilin oktyabrında gənc nəslin təlim-tərbiyə sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb.

Elçin müəllimi təbrik edirik, fəaliyyətində uğurlar arzulayırıq!

*

https://news.unec.edu.az/xeber/125-universitet/7841-bold-unec-de-yeni-teyinat-bold

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!