UNEC-in gənc tədqiqatçısı İsveçrədə bir il müddətində tədqiqat aparacaq

24 Avqust 2021
view151
 

UNEC Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin əməkdaşı, gənc siyasi tədqiqatçı, doktorant Nərgiz Hacıyeva 2021-2022 akademik tədris ili ərzində İsveçrə Konfederasiyasının beynəlxalq doktorantlar üçün ayırdığı rəqabətcil İsveçrə Hökuməti Mükəmməllik Təqaüdünün (Swiss Government Excellence Scholarship/Schweizerische Bundes-Exzellenz-Stipendien) doktorantura tədqiqat proqramı (Ph.D Research Fellowship) üzrə qalibi olub. 


194 ölkədən 2000-dən çox doktorant və elmi tədqiqatçı arasında qalib olan Nərgiz Hacıyeva bir il müddətində sözügedən təqaüd proqramı çərçivəsində Avropanın top universitetlərindən biri olan İsveçrənin St. Gallen Universitetinin Siyasi iqtisadiyyat və siyasi elmlər məktəbində Avropa Siyasəti və Cənubi Qafqaz beyin mərkəzinin rəhbəri, tanınmış professor Dirk Lehmkuhl-un elmi rəhbərliyi altında doktorantura tədqiqatını aparacaq.

N.Hacıyevanın dissertasiya mövzusu “Azərbaycanın azad olunmuş ərazilərində işğal dövründə aparılmış qanunsuz idxal və ixracın iqtisadi-hüquqi qiymətləndirilməsi” adlanır. Dissertasiyanın məqsədi işğal dönəmində Dağlıq Qarabağ və ətraf rayonlarda Ermənistan tərəfindən həyata keçirilmiş qanunsuz fəaliyyətin araşdırılması, bu ərazilərdə idxal-ixrac prosesində Azərbaycanın üzləşdiyi mülkiyyət pozuntuları, malların, xidmətlərin və digər təbii sərvətlərin qanunsuz istismar həcmini təhlil etməkdir.  Tədqiqat işi gələcəkdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində azad ticarətin qanuni təmin olunması, malların və xidmətlərin təşkili, mülkiyyət hüquqlarının iqtisadi cəhətdən nizanlanması və onlara məxsus olan malların qanunsuz ixracı və idxalı prosesinin qarşısının alınması üçün müvafiq iqtisadi, inzibati və icra tədbirlərinin həyata keçirilməsində mühüm töfhələr verəcək.

*

https://news.unec.edu.az/xeber/133-muellim/7748-unec-in-genc-tedgigatchisi-isvechrede-bir-il-muddetinde-tedgigat-aparacag

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!