UNEC komandasının TEKNOFEST-in finalına hazırlıq işləri uğurla davam edir

11 Avqust 2021
view151
 

UNEC komandası dünyanın ən mühüm texnologiya festivallarından biri olan TEKNOFEST-in finalına hazırlıq işlərini davam etdirir.


UNEC rektoru professor Ədalət Muradov komanda üzvlərini finala çıxmaları münasibətilə təbrik edərək, hazırlıq prosesi ilə bağlı müzakirələr aparıb. Finalda layiqincə  təmsil olunmaları istiqamətində UNEC komandasına lazımi dəstəyin göstəriləcəyini bildirib.


Xatırladaq ki, bu il 32 ölkənin təmsil olunduğu yarışda UNEC komandası Kənd təsərrüfatı texnologiyaları kateqoriyasında universitetlər üzrə ən yüksək nəticəni (84.50 bal) əldə edərək, finala keçən komandalar arasında birinci yerdə yüksəlib.


UNEC-in  Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbələrindən ibarət “Azerbaijan AgroDrone” komandası TEKNOFEST-də dron ideyasını təqdim edib. Dron vasitəsilə əkin sahələrinin suvarılması və dərmanlanması həyata keçiriləcək, beləliklə kənd təsərrüfatında az xərclə məhsuldarlığın artırılması mümkün olacaq.


Komandanın kapitanı və layihənin rəhbəri Məhəmməd Rəhimovdur. Komandanın üzvlərindən Əli Bəşirov baş proqramçı, Samir Səfərli baş mühəndis, Samir Məmmədov, İbrahim Məmmədov, Emin Vəlizadə proqramçı, Arif Salmanzadə və Rəşad Qəribzadə isə mühəndis qismində təmsil olunurlar.



https://news.unec.edu.az/xeber/7731-unec-komandasinin-teknofest-in-finalina-hazirlig-ishleri-ugurla-davam-edir

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!