UNEC SABAH məzunlarından magistraturaya qəbulda yüksək nəticə

03 Avqust 2021
view165
 

2021-ci ildə UNEC SABAH qrupları məzunlarının magistraturaya qəbulunda yüksək nəticə əldə olunub.


Belə ki, UNEC SABAH-dan məzun olan 216 bakalavrın 90 faizi magistraturaya daxil olub. Məzunlardan 94 nəfəri yerli, 95 nəfər isə ABŞ, İtaliya, Türkiyə, Macarıstan, Polşa, Slovakiya, Çexiya, Estoniya, Litva və digər ölkələrin aparıcı universitetlərində (California University of Pennsylvania, London South Bank Universiteti, Queen Mary University of London, Corvinus University, WSB university, Vytautas Magnus, Tartu University Quantitative Economics, Budapest University of Technology and Economics, Universita degli Studi di Milano və s.) magistratura təhsil almaq hüququ qazanıb.


Məzunların bir çoxu beynəlxalq təqaüd proqramının qalibi olaraq Avropanın aparıcı universitetlərində təhsil alacaqlar.



https://news.unec.edu.az/rubrika/10109-unec-mezunlari/7718-unec-sabah-mezunlarindan-magistraturaya-gebulda-yuksek-netice

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!