UNEC Online Karyera günü #4

13 May 2020
view

karyera_gunu_4UNEC-in 90 illik yubiley tədbirləri çərçivəsində keçirilən Online Karyera günlərinin dördüncü günündə üç qonaq fərqli saatlarda canlı yayımda olacaq.


14 may saat 14:00-da "166 Yükdaşıma və logistika" şirkətinin HR direktoru Ceyran Fərazi, saat 17:00-da "Veysəloğlu" Qrupuna daxil "Oba Retail" MMC-nin İşə qəbul üzrə aparıcı mütəxəssisi Könül Ağasənli, saat 19:00-da isə Natiqlik, Ünsiyyət texnikaları, Bədən dili, Liderlik bacarıqları üzrə sərbəst təlimçi, UNEC Sabah Qruplarının müəlliməsi Könül Quliyeva canlı yayımın qonağı olacaq.


Canlı yayım boyunca izləyicilər öz suallarını UNEC-in rəsmi facebook (fb.com/uneceduaz) və youtube (youtube.com/unecofficial) sosial şəbəkələrindən birbaşa ünvanlaya bilərlər.


Qeyd edək ki, canlı yayımın moderatorları UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov və Türk Dünyası İqtisad fakültəsinin tələbəsi Bayram İsmayılov olacaq.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!