2016-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə və dissertanturaya qəbul elan edilir

28 Noyabr 2016
view

Azərbaycan  Respublikası Təhsil Nazirliyi


Azərbaycan  Dövlət  İqtisad Universiteti


aşağıdakı  elm sahələri üzrə 2016-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə və dissertanturaya qəbul elan edir.


Qəbul qaydaları:


 

  1. Doktoranturayaali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirənyaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Dissertanturada müsabiqədə iştirak edən namizədlər, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətlərə, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.Yüksək nüfuzlu beynəlxalq jurnallarda məqalə dərc etdirən namizədlərə üstünlük verilir.

  2. Doktoranturaya və dissertanturaya qəbul haqqında ərizə universitet rektorunun adına yazılır. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:



  • Kadrların şəxsi qeydiyyat vərəqi;

  • tərcümeyi-hal;

  • 2 ədəd fotoşəkil (3x4 ölçüdə)

  • iş yerindən xasiyyətnamə;

  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

  • çap olunmuş elmi əsərlərin siyahısı və ya seçilmiş ixtisas üzrə 20-25 səhifəlik referat;

  • ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması haqqında Təhsil Nazirliyinin şəhadətnaməsi);

  • şəxsiyyəti təsdiq edən sənədin surəti;

  • fəlsəfə doktoru (elmlər namizədi) diplomunun surəti (elmlər doktoru proqramı üzrə sənəd verənlər üçün).



  1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistraturasəviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

  2. Hər imtahan başa çatdıqdan sonra onun nəticəsi elan olunur. Birinci imtahandan (ixtisas fənnindən) kafi qiymət alan şəxslər növbəti imtahanlara buraxılmırlar.

  3. Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli doktorantuların yaradılması və doktoranturaya qəbul qaydalarına müvafiq olaraq aparılır.

  4. Doktoranturaya və dissertanturaya sənədlərin qəbulu 2016-ci il 28 noyabr-19 dekabr tarixlərində həftənin I-Vgünləri saat 10.00-dan 16.00-dək aparılacaqdır.

  5. Qəbul imtahanları isə 21 dekabr 2016-ci il tarixindən başlanacaqdır.


 

ƏTRAFLI (Cədvəllər)

Ünvan:Bakı şəh., İstiqlaliyyət küçəsi 6, UNEC-in Əsas binası, Doktorantura şöbəsi (otaq 414). Telefon : 492-88-87

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!