2021-ci il üçün Yaponiya Təcrübə Proqramına sənəd qəbulu elan edilir

22 Dekabr 2020
view

Mirai_221220Yaponiyanın Xarici İşlər Nazirliyi gənclərin Yaponiya haqqında bilik və dünyagörüşünün artırılması məqsədilə həyata keçirilən “MIRAI” proqramına iştirakçı qəbulu elan edir.


Mübadilə proqramı aprel ayından internet üzərindən online şəkildə başlayacaq. Yaponiyaya səfər isə 8-16 iyun tarixlərində (təxmini 1 həftə) planlaşdırılır.


Proqramda Azərbaycan universitetlərində bakalavr və ya magistr pilləsi üzrə təhsil alan tələbələr, dövlət və özəl sahələrdə hüquq üzrə çalışan, 20-30 yaş aralığında olan gənclər iştirak edə bilərlər.


Qeyd: Hüquq, Beynəlxalq əlaqələr, İctimai siyasət, İqtisadiyyat, İdarəçilik fakültələrində təhsil alan və hüquq sahəsində tədqiqat aparan tələbələr, şirkətlərdə hüquq sahəsində təcrübəsi olan şəxslərin proqrama müraciətlərini gözləyirik.


ƏTRAFLI MƏLUMAT

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!