İnnovativ Biznes-İnkubator (İBİ) müxtəlif dillər üzrə hazırlıq kurslarını davam etdirir və yeni qrupların təşkilinə start verir!
Aşağıdakı dillər üzrə bilik səviyyəsini məqsədli şəkildə maksimuma çatdırmaq istəyənlər, qeydiyyatdan keçə bilərlər:
General English
Business English
Espeak Course
Русский язык
Деловой Русский
Yapon dili
Hazırlıq kurslarının hər səviyyə üzrə davam etmə müddəti: 12 həftə
Dərslər dekabrın 1-dən başlayacaq və həftədə 2 dəfə olmaqla hər dərs 90 dəqiqə davam edəcək.
Dərslər fərdi və qrup şəklində təşkil olunur. Tədrisin keyfiyyətini təmin etmək məqsədilə qrupda iştirakçıların sayı maksimum 4 nəfər təyin edilib. Hazırlıq kurslarının ödəniş məbləği 60 AZN-dir. Hazırlıq kursu ərzində yekun olaraq son sınaq testləri təşkil olunur və nəticəyə uyğun olaraq bilik səviyyəsi sertifikatlaşdırılır.
İştirakçıların imtahanlardan yüksək nəticə əldə etmələri üçün dərslərdə aktiv iştirak etmələri və ev tapşırıqlarını tam yerinə yetirmələri tələb olunur. Əks halda iştirakçının tədrisi dayandırılır.
Daha ətraflı: Tel/Fax: (+99412) 492 31 21
Mob/Whatsapp: (+99450) 856 02 01: (+99450) 856 02 01
E-mail: [email protected]
Web: www.ibi.az