“Art fashion” moda festivalı keçiriləcək

23 Yanvar 2017
view
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Odlar Yurdu” Universitetinin birgə təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində yerləşən ali və orta ixtisas müəssisələrinin tələbələri arasında “Art fashion” moda festivalının keçirilməsi nəzərdə tutulub.

Müsabiqənin məqsədi gənclərin mənəvi inkişafının təmin edilməsinə, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etmək və asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir.

Müsabiqədə iştirak emək üçün tələbələr iştirakçı vərəqəsini və şəxsiyyət vəsiqəsinin surətini 27 yanvar 2017-ci il tarixinədək Nərimanov Rayon Gənclər və İdman İdarəsinə təqdim etməlidirlər. Müsabiqənin mükafatlandırma mərasimi 1 fevral 2017-ci il tarixdə “Odlar Yurdu” Universitetinində keçiriləcəkdir.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!