ADİU 2015/2016-cı tədris ili üçün əcnəbilərin tələbə qəbulunu elan edir

29 İyun 2015
view

Azərbaycanın iqtisad profilli yeganə dövlət universiteti və Cənubi Qafqazın ən böyük ali məktəblərindən biri olan Azərbaycan Dövlət İqtisad Universiteti 21 ixtisas üzrə əcnəbilərin bakalavriat və magistratura səviyyələrində tələbə qəbulunu elan edir.Təhsil azərbaycan, rus, türk və ingilis dillərində aparılır.


Qəbul elektron formada həyata keçirilir. Əcnəbi abituriyentlər kabinet.unec.edu.az saytı vasitəsilə ixtisas və tədris dili seçimini edərək tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təhsil alma hüququnu qazanırlar. Əcnəbi vətəndaşlardan müvafiq sənədlərlə yanaşı tövsiyyə məktubu da tələb olunur. Lazım gəldikdə abituriyentlər “Skype” vasitəsilə müsahibəyə dəvət edilir.


Sənəd qəbulu 2015-ci ilin 29 iyun - 10 sentyabr tarixləri arasında aparılacaqdır.


Dərslərin başlama vaxtı: 15 sentyabr 2015-ci il.


Ətraflı məlumat və əlaqə üçün:


Beynəlxalq əlaqələr departamenti


Ünvan: Azərbaycan Dövlət İqtisad Universiteti əsas tədris korpusu, İstiqlaliyyət küç.6, AZ1001, Bakı, Azərbaycan.


Tel.: +994 12 4921882; +994 12 4926045


Mob: +994 50 3390464


Fax: +994 12 4925940


Web: www.kabinet.unec.edu.az; www.unec.edu.az


E-mail: [email protected]


[email protected]


[email protected]




 

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!