Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 10/4 №li 20 may 2015-ci il tarixli qərarı ilə akademik Ziyad Səmədzadənin 75 illik yubileyinə həsr olunmuş elmi konfransın keçirilməsi nəzərdə tutulub.
“Azərbaycanın milli iqtisadi inkişaf modeli: formalaşması va xüsusiyyətləri” mövzusunda Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Dövlət İqtisad Universiteti ilə birlikdə keçiriləcək elmi konfransin əsas tematik istiqamətləri aşağıdakılardır:
- Azərbaycanın müasir iqtisadi inkişaf modelinin formalaşması amilləri, mərhələləri və fərqləndirici cəhətləri.
- Azərbaycanda sosial-iqtisadi inkişafın müasir vəziyyəti və 2020-ci il hədəfləri
- İqtisadi sistemlərin müasir problemləri və perspektivləri
- İqtisadi inkişafın qlobal, milli və regional aspektləri
- Milli, iqtisadi və enerji təhlükəsizliyinin təminatı problelmləri
- Maliyyə işi və bank sektorunun ikişaf perspektivləri
- Uçot, vergi, audit işi
- Sənaye siyasəti və aqrar iqtisadiyyat
- Nəqliyyat, logistika və xidmətlər infrastrukturu
- Yüksək texnologiyalar və innovasiya iqtisadiyyatının nəzəri və paraktiki məsələləri
- XXI əsrdə beynəlxalq iqtisadi əlaqələr və tranformasiya məsələləri.
Qeyd: Məqalənin mətni kağız daşıyıcıda və elektron versiyada olmaqla Microsoft Office Word proqramında A4 formatda, Times New Roman - 14 şriftində, 1,5 intervalda yığılmalı, bütün səhifələrin kənarlarında 2 sm. boş sahə buraxılmalıdır. Ümumi həcmi 10 səhifədən çox olmamalıdır.
Materialların külliyatının nəşrinin konfransın işinin başlanmasına qədər buraxılışı planlaşdırılır. Məqalələr azərbaycan, ingilis və rus dillərində qəbul edilir və 1 dekabr 2015-ci il tarixinə qədər [email protected] ünvanına göndərməlidirlər.
Əlaqə telefonları: 514-14-27, 566-09-60, 437-20-27