Almaniyada tədqiqat aparmaq imkanı

07 Noyabr 2016
view
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Almaniyanın Siegen Universiteti arasında “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi”("Project EE-KEY-AZ: Entrepreneurship Education: A Key to Job Creation and Employability in Azerbaijan") mövzusunda həyata keçirilən layihə çərçivəsində UNEC-in doktorant və tədqiqatçıları üçün Almaniyada bir ay ərzində elmi araşdırma aparmaq imkanı təklif olunur.

Seçiləcək 2 UNEC əməkdaşı cari ilin dekabr ayında Siegen Universitetinə elmi ezamiyyətə göndəriləcək. Səfərlə bağlı bütün xərclər layihə büdcəsi hesabına ödəniləcək.

Namizədlər üçün əsas tələblər:

  • UNEC-in ştatda olan əməkdaşı olmalı

  • İngilis dilini akademik səviyyədə bilməli

  • Almaniyada tədqiqat aparmaq istədiyi mövzuya dair ingilis dilində 1-2 səhifəlik referat təqdim etməli

  • Araşdırma sahəsinin Siegen Universitetindəki tədqiqat istiqamətlərinə uyğun olmalı

  • Cari ilin dekabr ayında Almaniyaya getmək imkanı olmalı

  • UNEC-dəki dissertasiya işinin müəyyən bir hissəsini yerinə yetirmiş olmalıdır.


Müraciətlərin son qəbul tarixi: 14 noyabr 2016-cı il.

Əlaqələndirici şəxs: Afət Ələkbərova, Beynəlxalq əlaqələr departamenti, İstiqlaliyyət 6, UNEC-in əsas tədris binası, 115-ci otaq, tel.: (+99412) 492-60-45, [email protected]

 

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!