Almatı Menecement Universitetindən (AlmaU) UNEC əməkdaşlarına təklif

01 Mart 2022
view

Almatı Menecement Universiteti (AlmaU) təklif edir:


I. BMT PRME-nin tərəfdaş kimi iştirakı

Universitetlərimizin beynəlxalq fəaliyyətləri və davamlı təhsili inkişaf etdirmək üçün ümumi istəyinə əsaslanaraq, AlmaU, BMT-nin PRME BMT PRME Qlobal Şurasının üzvü kimi, UNEC nümayəndələrinin könüllü təşəbbüsə - Məsuliyyətli İdarəetmə Təhsili üzrə BMT Prinsipləri (UN Principles of Responsible Management Education, UN PRME) - cəlb edilməsi imkanlarını nəzərdən keçirməyi təklif edir.

UN PRME iqtisadi məqsədlər, davamlı inkişaf məqsədləri (DİM) və BMT-nin Qlobal Sazişi arasında tarazlığa nail olmaq üçün dünya üzrə 800-dən çox imzalayanı - idarəetmə təhsili üzrə ixtisaslaşmış ali təhsil müəssisələrini birləşdirir.

PRME təşəbbüsü və üzvlük şərtləri haqqında məlumat: https://www.unprme.org/signatory-model.

II. EURIE Avrasiya Ali Təhsil Sammiti 2022-də iştirakı

Yeni bölməni tanıtmaq və BMT-nin PRME təşəbbüsünə marağı artırmaq üçün AlmaU UNEC-in nümayəndələrini 4 mart 2022-ci il tarixində saat 13:00-13:45 (İstanbul vaxtı) üzrə onlayn sessiyada EURIE Avrasiya Ali Təhsil Sammiti 2022 (2-4 mart 2022-ci il) çərçivəsində “Cəmiyyət üçün Ali Təhsildə Beynəlxalqlaşma: UN PRME Chapter Avrasiya” mövzusunda iştirak etməyə dəvət edir.

Tədbirdə ödənişli əsaslarla iştirak, qeydiyyat üçün: https://eurieeducationsummit.com/.

Tədbir formatı: hibrid - oflayn (İstanbulda) və onlayn.

Tədbirin dili- ingilis.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!