AMU tərəfindən təhsildə kadr ehtiyatı proqramı üzrə təlimlər keçiriləcək

27 Oktyabr 2021
view

Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universiteti tərəfindən (AMU)  Təhsil sahəsində idarəetmə kadrların yetişdirilməsi məqsədilə “Təhsildə kadr ehtiyatı” mövzusunda təlim proqramları təşkil ediləcək.


Proqramın məzunlarına AMU-nun yenidənhazırlanma və ixtisasartırma diplomu, başa çatmış modul kurslarının diploma əlavəsi və sertifikatlar təqdim olunacaq.

Təhsil haqqı hər iştirakçı üçün 1.650.000 tenge/ 3.885 USD (7 modul).

Təlim proqramının iştirakçısı olmayanlar üçün əlavə seçim verilir: “Universitet strateqiyasına dəyişikliklər etməklə universitetin çevrilməsi üçün idarəetmə oyunu”.

1 iştirakçı üçün ödəniş məbləği: 250.000 tenge/587 USD.

İştirakçılar təhsil haqqı tam ödədikdən sonra proqrama qəbul oluncaqlar.

Proqramın müddəti 2021-ci ilin noyabrından 2022-ci il mayınadək nəzərə tutulub.

İştirakçıların yaşayış, yemək və səyahət xərcləri özləri tərəfindən ödəniləcək.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!