AR Auditorlar Palatası tərəfindən "Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri" mövzusunda konfrans keçiriləcək

07 Yanvar 2016
view

Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2016-cı il 5-6 aprel tarixlərində
Palatanın fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş
"Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri"
mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulmuşdur.


Konfransın keçirilməsində əsas məqsəd şəffaflığın artırılmasında və korrupsiyaya qarşı mübarizədə nəzarətin yeni rolu və əhəmiyyətinə dair peşəkar müzakirələr aparmaq, bu sahədə tənzimlənmənin və institusional mexanizmlərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətlərini dəqiqləşdirmək, beynəlxalq standartların tədbiqi, maarifləndirmə və əməkdaşlıq sahəsində tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.

Məruzə və tezislərin 2016-cı il 15 fevral tarixinədək Auditorlar Palatasına təqdim edilməsi xahiş olunur.


Tezislər 2 səhifədən, məruzələr isə 6 səhifədən çox olmamaqla, A4 formatda, 14 ölçüdə Times New Roman şrifti ilə çap edilmiş şəkildə (2 nüsxə) diskdə (müəllifın soyadı, adı, atasının adı, iş yeri və vəzifəsi, elmi dərəcəsi, əlaqə telefonu dəqiq göstərilməklə) qəbul olunur.

Ünvan: AZI072, Bakı şəhəri, S.Y.Bakuvi küçəsi, 14;
Əlaqələndirici şəxs: Elmira Hacıyeva;
Telefonlar: 465-65-35; 564-80-62; faks: 498-28-55; mob.: 051-921-25-25).


E-mail: audit-azerbaij an@,audit. gov .az

 

 

 

 

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!