AUA “Həmkarlar arasında təlim və tədris qrupları” mövzusunda telekonfrans keçirəcək

19 Dekabr 2020
view

EUA-Logo_191220Avropa Universitetləri Assosiasiyası (AUA) tərəfindən Avropa universitetlərində rəqəmsal öyrənmə və tədris texnologiyalarının təşkili və tətbiqi sahəsində öyrənilən təcrübələrin müzakirə edilməsi məqsədilə 2021-ci ildə “Həmkarlar arasında təlim və tədris qrupları” (Learning & Teaching Thematic Peer Groups) adı altında təşkil olunacaq telefonkransa qeydiyyat başlanıb.


AUA-nın Təlim və Tədris (Learning & Teaching) fəaliyyətləri Avropada ali təhsil istiqamətində müzakirələri öyrənmə və öyrətməyin əhəmiyyətini vurğulamaq, o cümlədən AUA-na üzv olan universitetləri təcrübə mübadiləsi və əsas mülahizələri müzakirə etməyə dəvət etmək məqsədi daşıyır. Təşkil ediləcək ümumi 3 qrupdan ibarət olan namizədlər öz seçimlərini aşağıdakı 4 mövzu arasından edəcək və onlar arasından isə ilk üçlük qiymətləndiriləcəkdir:




  1. Strategiya və təşkilati mədəniyyət

  2. Tələbə dəstəyi və müvəffəqiyyət

  3. Tədris planı və qiymətləndirmə

  4. Beynəlxalq tərəfdaşlıqlar


AUA, 2021-ci il “Həmkarlar arasında təlim və tədris qrupları”na üzvlük üçün üzv universitetlərin rəhbər vəzifələrində olan nümayəndələrinin müraciətləri dəyərləndirir. 2021 AUA “Həmkarlar arasında təlim və tədris qrupları”, Erasmus + tərəfindən maliyyələşdirilən DIGI-HE (digitalisation at European higher education – Avropa ali təhsilində rəqəmsallaşma) layihəsi çərçivəsində təşkil olunur. Layihə İrlandiyanın Dublin City Universiteti (DCU), Almaniyanın Baden-Württemberg Kooperativ Dövlət Universiteti (DHBW), Litvanın Vytautas Magnus Universiteti (VMU) və Finlandiyanın Jyväskylä Universiteti ilə ortaq şəkildə həyata keçirilir. Əlaqədar tərəfdaşlar - İrlandiya Universitetlər Birliyi (IAU), Avropa Uzaqdan və Elektron Təhsil Şəbəkəsi (EDEN) və Avropa Ali Təhsil İnstitutları Birliyindən (EURASHE), müvafiq tərəfdaşlar isə İrlandiya Universitetlər Birliyi (Irish Association of Universities – IAU), Avropa Uzaqdan və Elektron Təhsil Şəbəkəsi (European Distance and E-learning Network – EDEN) və Avropa Ali Təhsil Müəssisələri Birliyidir (European Association of Institutions in Higher Education – EURASHE).


ƏLAVƏ MƏLUMAT


Müraciət üçün son tarix: 26 yanvar 2021-ci il

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!