Avropa Universitetlər Birliyi tərəfindən vebinarlar keçiriləcək

01 Oktyabr 2021
view

Avropa Universitetlər Birliyi (EUA) tərəfindən "Yeni dünya. Universitetlər dəyişən beynəlxalq münasibətlərdə" mövzusunda vebinarlar seriyası keçiriləcək.


Vebinarlar seriyasında geosiyasətin necə dəyişdiyi, bunun Avropa siyasəti və universitetlər üçün nə demək olduğu haqqında məlumat veriləcək. Vebinarlar iştirakçıları Avropa səviyyəli siyasət müzakirələri haqqında məlumatlandırmaqla yanaşı, bu mövzuları onlayn formatda müzakirə etmək imkanı verəcək.

İlk vebinar “Yeni dünya” adlanır, 7 oktyabr, Bakı vaxtı ilə saat 16:00-17:00 aralığında keçiriləcək.

Tədbirdə iştirak ödənişsizdir.

ƏTRAFLI MƏLUMAT VƏ QEYDİYYAT

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!