Azərbaycan Dövlət İqtisad Universiteti London Universitetinin bakalavr dərəcə proqramına tələbə qəbulu elan edir
03 May 2016
Proqram London Universitetinin London İqtisadiyyat Məktəbinin (London School of Economics) tədris planı əsasında ingilis dilində həyata keçiriləcəkdir. Tələbələr Azərbaycan Dövlət İqtisad Universitetinin diplomu ilə yanaşı, London Universitetinin vahid nümunəli bakalavr diplomunu da əldə edəcəklər.
Proqrama birinci kursu bitirmiş, Ümumi Orta Müvəffəqiyyət göstəricisi 80 baldan çox olan və ingilis dili tələblərinə cavab verən (IELTS – 6.0, TOEFL – 87, PTE Academic – 57) Azərbaycan Dövlət İqtisad Universiteti tələbələri müraciət edə bilərlər.
Proqram haqqında ətraflı məlumat almaq üçün əlaqə:
Əlaqələndirici şəxs: Rüfət Abdullayev
Ünvan: 327 saylı otaq, Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binası, İstiqlaliyyət küç.6
Tel.: (012) 492 59 14
(055) 331 72 20