Azərbaycan Dövlət İqtisad Universitetinə bərpa olunmaq istəyənlərin nəzərinə!

01 İyun 2022
view

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ına əsasən xaric olan təhsilalanların bərpası xaric olma tarixindən 15 il müddətində qış və yay tətili dövründə həyata keçirilir.


“Akademik məzuniyyətdən qayıdan və xaric olmuş təhsilalanların UNEC-ə bərpası haqqında Qaydalar”a əsasən bərpa üçün ərizələr 01 iyul 2022-ci il tarixindən 03 sentyabr 2022-ci il tarixinədək qəbul edilir.

Tələb olunan sənədlər:

- Rektorun adına ərizə (fakültə, ixtisas, təhsil ili, xaric olunma tarixi, əlaqə nömrəsi dəqiq göstərilməklə);

- şəxsiyyət vəsiqəsinin surəti (soyadın, adın dəyişildiyi halda dəyişilmə haqqında müvafiq sənədin surəti);

- hərbi biletin surəti

- ödəmə qəbzinin surəti (təhsil haqqı borcu olanlar üçün).

Əlaqə nömrəsi: (012) 4925903 (daxili: 1010)

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!