Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) bərpa olunmaq istəyənlər üçün 3 iyul tarixindən etibarən ərizələrin qəbulu elan olunur.
“Akademik məzuniyyətdən qayıdan və xaric olmuş təhsilalanların UNEC-ə bərpası haqqında Qaydalar”a əsasən bərpa üçün ərizələr 3 iyul-5 sentyabr 2023-cü il tarixinədək qəbul ediləcək.
Tələb olunan sənədlər:
- Rektorun adına ərizə ( fakültə, ixtisas, təhsil ili, xaric olunma tarixi, əlaqə nömrəsi göstərilməklə);
- şəxsiyyət vəsiqəsinin surəti (soyad dəyişildiyi halda dəyişilmə haqqında müvafiq sənədin surəti əlavə olunmalıdır);
- hərbi biletin surəti;
- ödəmə qəbzinin surəti (təhsil haqqı borcu olanlar üçün).
QEYD: Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ına əsasən xaric olan təhsilalanların bərpası xaric olma tarixindən 15 il müddətində qış və yay tətili dövründə həyata keçirilir.
Əlaqə: (012) 4925903 (daxili: 1012)