Azercellin Tələbə Təqaüdü Proqramının məqsədi:
- müvəffəqiyyətlə təhsil alan və akademik fərq yaradan tələbələrə xüsusi qayğı göstərmək,
- yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaq,
- korporativ sosial məsuliyyətli fəaliyyətlərimiz çərçivəsində cəmiyyətimizə töhfə vermək.
Tələbə Təqaüdü Proqramı tələbələrə 2008-ci ildən etibarən təqdim olunur və bugünədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 120-dən çox tələbə Azercell şirkətinin təqaüdçüsü adına layiq görülmüşdür.
Müraciət qaydaları və seçim:
Tələbə Təqaüdü Proqramı üzrə Azərbaycanın ali təhsil ocaqlarının son iki kursunda təhsil alan tələbələr müraciət edə bilərlər. Müraciət ərizələri yalnız onlayn rejimdə aşağıdakı qaydada qəbul olunur:
- Bu saytın Karyera bolməsinin “Vakansiyalarımız”səhifəsinə daxil olun;
- Vakansiyarımız başlığı altında olan siyahıdan TƏLƏBƏ TƏQAÜDÜ PROQRAMI linkini tıklayın;
- Açılan pəncərədə mətni oxuyun və “Ərizəni göndər” linkindən onlayn müraciət ərizəsini açın;
- Qeydiyyatdan keçmiş istifadəçisinizsə İstifadəçi adınızı və Parolunuzu daxil edərək müraciət ərizənizi göndərin. Əks təqdirdə qeydiyyat formasını doldurun və müraciət ərizənizi göndərin.
Müraciətlərin son qəbul tarixi 31 Oktyabr 2016-cı il tarixidir.
Seçim mərhələlərinin nəticəsi və növbəti mərhələlərə dəvət haqda məlumat bütün namizədlərə e-mail vasitəsi ilə təqdim olunacaq.
Qeyd: Müraciət ərizələri yalnız veb səhifəsi vasitəsilə qəbul olunduğu üçün Azercellin e-mail ünvanlarına və ofislərinə gətirilən müraciət ərizələri nəzərə alınmayacaq.
Sual və əlavə məlumat üçün [email protected] e-mail ünvanına və (012) 4967007 telefon nömrəsinə müraciət edin.