Azərkitab tələbələri tematik görüşlərə dəvət edir

20 Noyabr 2017
view

Azərkitab - Kitab Təbliğat Mərkəzində ölkənin nüfuzlu elm, mədəniyyət korifeyləri, görkəmli yazıçı və şairləri ilə tematik görüşlərin, o cümlədən yeni nəşrlərin təqdimatının keçirilməsi nəzərdə tutulub.


Xalqımızın mədəni, ədəbi, elmi irsinin öyrənilməsi, gənc nəslin dünyagörüşünün artırılması, o cümlədən onların mütaliəyə daha çox maraq göstərməsi məqsədilə təşkil olunan tədbirlərdə tələbələrlə universitet müəllimləri arasında disputlar da keçiriləcək.


Azərkitab - Kitab Təbliğat Mərkəzindəki tədbirlərə qatılmaq istəyən UNEC tələbələri fakültə dekanlığına müraciət edə bilərlər. 

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!