İyulun 11-dən fakültələr üzrə məzun arayışlarının verilməsinə başlanılacaq.
Xaricdə təhsil almaq üçün Dövlət Proqramına sənəd qəbulu müddətinin iyulun 14-də bitdiyini nəzərə alaraq, ilkin mərhələdə arayışlar həmin proqrama müraciət edən və qəbul cavabı alan məzunlara veriləcək.
Həmin məzunlar xarici universitetdən qəbul haqqında göndərilən rəsmi məktubu müraciətə əlavə etməlidirlər.
Əziz məzunlar,
Hər birinizə gələcək təhsilinizdə, karyeranızda uğurlar arzulayırıq!