Bakalavr və magistrlərin nəzərinə!

11 May 2016
view
2016/2017-ci tədris ili üçün Azərbaycan vətəndaşlarına Rusiya dövləti hesabına Rusiya ali məktəblərində təhsil almaq üçün təqaüd ayrılıb.

Təqaüd Proqramı çərçivəsində bakalavriat və magistratura səviyyələrində UNEC-in “İqtisadiyyat və idarəçilik” və “Servis və turizm” ixtisasları üzrə yerlər ayrılıb.

Müsabiqədə iştirak etmək istəyənlər http://russia.study/registration linkindən qeydiyyat-müraciət formasını doldurmalıdır.

Tələb olunan sənədlərin surəti (pdf formatında) mayın 17-si saat 12:00-a kimi [email protected] elektron poçtuna göndərilməlidir.

Elektron poçtla göndərilən sənədlərin əslinin isə 13, 16, 17 may tarixlərində saat 11:00-12:00-a kimi Təhsil Nazirliyinin Vətəndaşların qəbulu mərkəzinə əlaqədar şəxsə (Tavad Mustafayevə) təqdim edilməsi xahiş olunur.

 

Proqram haqqında ətraflı məlumat

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!