Bakalavrların nəzərinə: ODTÜ-də bir semestrlik təhsil

18 Dekabr 2017
view

UNEC bakalavrlara “Non-erasmus” proqramı vasitəsilə Türkiyənin Orta Doğu Teknik Universitetində (ODTÜ) yaz semestri üçün mübadilədə iştirak etmək imkanı verir. Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:


1.Bakalavr pilləsində təhsil almalı;


2.Minimum orta qiymət 90 (100 ballıq qiymətləndirmə sistemində) bal olmalı;


3.İngilis dilində əla qavrama, yazı və danışıq qabiliyyətinə sahib olmalıdırlar.


Tələb olunan sənədlər:




  1. Transkript (ÜOMG göstərilməklə);

  2. Tədris protokolu (LEARNING AGREEMENT FOR APPLICANTS OF ERASMUS+);

  3. İngilis dili biliyini təsdiq edən sənəd: arayış və ya seritifikat (TOEFL, IELTS);

  4. Xarici Pasportun surəti;

  5. Tələbə biletinin surəti;

  6. 3×4 şəkil – 2 ədəd.


Orta Doğu Teknik Universitetinin dərs kodlarını müvafiq fakültələr üzrə buradan əldə edə bilərsiniz: http://feas.metu.edu.tr https://catalog.metu.edu.tr


Müraciət üçün son tarix: 25 dekabr 2017-ci il


Mübadilədə iştirak üçün təqaüd nəzərdə tutulmayıb. Tələbə yalnız yol və yaşayış xərclərini qarşılayacaq. Ətraflı məlumat üçün UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentində Pərvin Paşayevaya müraciət edə bilərsiniz. Telefon: (012) 492 60 45


 

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!