Beynəlxalq elmi konfrans keçiriləcək

24 Avqust 2016
view
Oktyabrın 19-dan 20-dək Ukraynanın Kiyev Milli Ticarət-İqtisad Universitetində “Milli İqtisadiyyatın İnkişafında Qloballaşmanın Çətinlikləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Konfrans universitetin 70 illiyinə həsr olunub.

Konfransda aşağıdakı mövzular üzrə müzakirə platformaları keçiriləcəkdir:

  • Milli iqtisadiyyatların inkişafının strateji vektorları

  • Maliyyə, bankçılıq və sığorta

  • Qloballaşan iqtisadi əlaqələr şəraitində mühasibat üçotu və audit

  • İnformasiya texnologiyaları və iqtisadiyyatda riyazi və iqtisadi modelləşdirmə

  • Qlobal menecment və marketinq: nəzəri prinsiplər və praktiki reallıqlar

  • Biznes və ticarət

  • Turizm və otelçilik biznesi: ənənələr və iqtisadi inkişafın modelləri

  • Qlobal iqtisadi məkanın Avropa dəyərləri


Konfransın işçi dili ingilis və rus dilləridir. Konfrans materialları çap olunacaqdır.

Konfransda iştirak etmək istəyənlər elmi məqaləsini, ərizə formasını və təqdimatını 25 sentyabr 2016-cı il tarixinədək [email protected][email protected] elektron ünvanlarına göndərməlidirlər.

Ərizə forması, yazı standartları və konfrans haqqında ətraflı məlumatı universitetin elektron səhifəsindən (www.knteu.kiev.ua) əldə etmək olar.

Maraqlananlar konfransın təşkilat komitəsinə müraciət edə bilərlər:

Elmi Araşdırma Diviziyası:  +38(044) 531-47-59

Beynəlxalq İqtisadiyyat Departamenti: +38(044) 531-48-74

Beynəlxalq Əlaqələr  Departamenti:  e-mail: [email protected]

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!