Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu esse müsabiqəsi elan edir

13 Aprel 2020
view

esse_musabiqe_130420Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” adlı esse müsabiqəsi elan olunur.


Müsabiqənin məqsədi müxtəlif sahələr üzrə təhsil alan tələbələri Türk dünyasının zəngin tarixini, mədəni irsini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini öyrənməyə və bu dəyərlərin təbliğinə sövq etməkdir.


Müsabiqədə iştirak edəcək tələbələr özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi) 3 (üç) səhifədən az olmamaq şərtilə, ana dili və ingilis dilində 15 may 2020-ci il tarixinədək [email protected] elektron poçtuna göndərməlidirlər.


Seçilmiş esselər xüsusi hazırlanan kitabda dərc ediləcək. Qaliblər diplom və mükafatlarla təltif olunacaq.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!