UNEC tələbələri üçün 20 və 27 aprel tarixlərində “Biznesin təşkili və idarəedilməsi” mövzusunda vorkşop keçiriləcək.
Tədbir “Caspian Cable Sistems” şirkətinin direktoru Elnur Bədəlovun spikerliyi ilə UNEC-in 4-cü tədris binasında baş tutacaq.
Bütün ixtisaslar üzrə təhsil alan tələbələr iştirak edə bilərlər.
Əlaqələndirici struktur: UNEC Karyera mərkəzi
Email: [email protected]
Əlaqə nömrəmiz: 1846 daxili 1132