Buraxılış imtahanında seçim hüququ ilə bağlı – MƏLUMAT
10 Noyabr 2015
Buraxılış imtahanında seçim hüququ ilə bağlı daxil olan bir sıra müraciətləri nəzərə alaraq bildiririk ki, mövcud qaydalar çərçivəsində tələbələrin müstəqil seçim hüququ vardır. Belə ki, təhsil aldığı müddətdə bütün fənlər üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi “70 və aşağı” bal olan tələbələr bir qayda olaraq dövlət imtahanı verəcəkdir. Nəticəsi "71 və yuxarı" bal olan tələbələrin isə ya buraxılış işinin müdafiəsini, ya da yekun dövlət imtahanını seçmək haqqı var. Bunun üçün tələbələrin müstəqil şəkildə ərizə ilə müraciət etməsi kifayətdir.
Özünüzü əmin hiss etdiyiniz variantı seçərək Buraxılış imtahanında yüksək nəticə əldə edəcəyinizə inanır və hər birinizə uğurlar arzulayırıq!
Azərbaycan Dövlət İqtisad Universiteti
Marketinq və Kommunikasiya Departamenti
İctimaiyyətlə Əlaqələr Şöbəsi