Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi “Qlobal Təhlükəsizlik İnnovasiya Mükafatı 2021” üçün müraciətləri qəbul edir

28 İyul 2021
view

Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi (GCSP) “Qlobal Təhlükəsizlik İnnovasiya Mükafatı 2021” üçün müraciətləri qəbul edir. Qaliblər (birinci, ikinci və üçüncü yerlər) münsiflər heyəti (beynəlxalq təşkilatlar, hökumətlər və özəl sektor) tərəfindən seçiləcəkdir. Seçim meyarları: 



• Davamlı qlobal təhlükəsizliyə həsr olunması

• İnsan ləyaqətinin, təhlükəsizliyinin və ədalətin qorunması

• Yaradıcılıq və orijinallıq

Mərkəzin bu müraciətləri qəbul etməkdəki məqsədi beynəlxalq təhlükəsizliyin aktual problemləri ilə bağlı yaradıcılıq və innovasiyalar üzrə irəliləyişə və yaradıcı həllərə təkan verməkdir. Layihələr qlobal təhlükəsizlik problemlərini yenilikçi yollarla həll etməyə çalışmalı və texnolojidəki konseptual yeniliklər daxil olmaqla, bunlarla məhdudlaşmamaq şərtilə nəzərdən keçiriləcəkdir.


Müraciətlər üçün son tarix: 23 sentyabr 2021-dir. Qaliblər noyabr ayında açıqlanacaq.


Əlavə məlumat üçün: https://www.gcsp.ch/events/apply-2021-gcsp-prize-innovation-global-security

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!