Çexiyanın İqtisadi Tədqiqat və Magistr Təhsili üzrə Mərkəzindən tələbələrə təhsil almaq və beynəlxalq müsabiqədə iştirak etmək imkanı

17 Noyabr 2017
view

Çexiyanın İqtisadi Tədqiqat və Magistr Təhsili üzrə Mərkəzi tələbələrə təhsil almaq və beynəlxalq müsabiqədə iştirak etmək imkanını irəli sürür.


Çexiya Respublikasında (Praqa) yerləşən İqtisadi Tədqiqat və Magistr Təhsili üzrə Mərkəz (CERGE-Eİ) tələbələri “Tətbiqi iqtisadiyyat” ixtisası üzrə magistr və “İqtisadiyyat” ixtisası üzrə doktorantura proqramında (phd.) təhsil almağı təklif edir. İqtisadi Tədqiqat və Magistr Təhsili üzrə Mərkəz Çarlz Universiteti və Cexiya Elmlər Akademiyasının İqtisadi İnstitutunun birgə təsisidir.


İqtisadi Tədqiqat və Magistr Təhsili üzrə Mərkəzin magistratura və doktorantura proqramları ilə bağlı ətraflı məlumat mərkəzin rəsmi saytından, həmçinin qeyd edilən elektron ünvanlar vasitəsilə əldə edilə bilər – [email protected] , [email protected] 


PhD proqramı ilə bağlı son müraciət tarixi: 31 mart, 2017-ci il

Eyni zamanda, İqtisadi Tədqiqat və Magistr Təhsili üzrə Mərkəz magistr və bakalavr pillləsi üzrə təhsil alan tələbələri 2018-ci il “Yeni İqtisadi İstedad (New Economic Talent 2018)” müsabiqəsində də iştirak etməyə dəvət edir.

Müsabiqədə iştirak üçün son müraciət tarixi: 28 fevral, 2018-ci il

 

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!