Dil-karyeraya gedən yol” tələbə müsabiqəsində iştirak etmək istəyənlərin nəzərinə!
19 Oktyabr 2016
UNEC tələbələrinin bu müsabiqədə iştirakı məqsədilə seçim turu həyata keçiriləcək. Seçiləcək namizədlər upper-intermediate və advanced səviyyəsində danışmağı və müxtəlif proqramlarda təqdimat hazırlamağı bacarmalıdırlar. Seçim turunda iştirak etmək istəyənlər şəkilli CV-lərini 30 oktyabr 2016-cı tarixinədək [email protected] elektron poçtuna göndərməlidirlər. Elektron poçtun “subject” bölməsində “Dil-karyera” sözünü yazmağı unutmayın.
Qaliblərə aşağıdakı mükafatlar veriləcək:
I yer noutbuk
II yer planşet
III yer mobil telefon
Özünə güvənən bütün tələbələrimizi seçim turunda iştirak etməyə dəvət edir və hər birinə uğurlar arzu edirik.
Əlaqə telefonu: +99412 497 71 35 UNEC Karyera Mərkəzi