Diqqət! Yumor yarışı olacaq

19 Fevral 2020
view

Yumor hissi güclü olan tələbələrin nəzərinə! Ukraynanın 1+1 televiziya kanalında yayımlanan «Лiга Смiху» (Gülüş Liqası) adlı beynəlxalq intellektual yarışda iştirak etmək imkanı var.


Məlumat üçün bildirək ki, bu yarışmada 9 ölkənin gənclərdən ibarət komandaları, o cümlədən Azərbaycanı beynəlxalq teleməkanda təmsil edən «Как по Маслу» adlı komanda uğurla iştirak edib və növbəti mərhələyə keçib.


2019-cu ildə ali məktəblərin tələbələri arasında Azərbaycan və rus dillərində keçirilən  “Gülüş Liqası” yarışının nəticələrinə əsasən, gənclər yumor ustad dərslərində iştirak edib, onların tanınmış aktyorlarla, aparıcılarla görüşləri təşkil olunub və qalib komandanın Ukraynada keçirilən «Лiга Смiху» yarışında çıxışı təmin olunub.


Gənclərin bu yarışmaya olan marağını daha da artırmaq və yeni istedadların üzə çıxmasına kömək məqsədilə 2020-ci ildə də ali məktəblərin tələbələri arasında “Gülüş Liqası” yarışı keçiriləcək.


Yarışmada iştirak etmək istəyən UNEC tələbələri aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.


Qeydiyyat


Əlavə məlumat üçün əlaqə telefonu:


(050) 666 86 66 – UNEC THİK-nin sədri Rüfət Süleymanlı
(050) 299 92 28 – UNEC THİK-nin sədr müavini İlkan Əliyev

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!