Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müsabiqə elan edilir

25 Dekabr 2019
view

musabiqe_251219Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir.


Mərkəzin Müsabiqə Komissiyası tərəfindən aşağıdakı ixtisaslar üzrə vakansiya ilə bağlı növbəti açıq müsabiqə elan edilir:


Mərkəzdə:
- filologiya (Azərbaycan dili və ədəbiyyatı);
- kimya;
- fizika;
- nəqliyyat mühəndisliyi, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi (yol hərəkətinin təşkili və təhlükəsizliyi);
- mühasibat uçotu və audit, maliyyə;
- energetika mühəndisliyi, mexanika mühəndisliyi, inşaat mühəndisliyi.


Lənkəran regional bölməsində:
- biologiya, kimya;
- əmtəəşünaslıq, istehlak mallarının ekspertizası və marketinqi;
- inşaat mühəndisliyi.


Göstərilən ixtisaslarlar üzrə vəzifələrdə işləmək arzusunda olan, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən, ali təhsilli, yüksək hazırlığa və təcrübəyə malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunurlar.


Müraciət edənlər cari ilin noyabr ayının 28-dən etibarən müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlarda təqdim edə bilərlər: - Mərkəzin inzibati binasında
Bakı şəhəri, Xaqani küçəsi, 24, tel: (012) 498-09-71;


- Gəncə regional bölməsində
(Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (0222) 65-18-96;


- Şəki regional bölməsində
(Şəki şəhəri, Salman Mümtaz küçəsi 1, tel: (+99470) 229-30-29;


- Şirvan regional bölməsində
(Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel: (02121) 5-55-91.


Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” Mərkəzin internet səhifəsində (www.expert.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilib. Sənədlər Mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə təqdim olunacaq.


Mərkəzin internet səhifəsindən, eləcə də yuxarıda göstərilən telefon nömrələrinə zəng etməklə bütün suallarla bağlı operativ informasiya almaq olar.


Ədliyyə Nazirliyinin
Məhkəmə ekspertizası mərkəzi

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!