UNEC-də xaricdə fəaliyyət göstərən yüksək h-indeksə malik alimlərin iştirakı ilə “Elmi məqalələrin hazırlanması və beynəlxalq indeksli jurnallarda nəşri qaydaları” mövzusunda silsilə master-klaslar davam edir.
UNEC Mühasibat və Maliyyə Tədqiqat Mərkəzinin rəhbəri, Böyük Britaniyanın Southampton Universitetinin dosenti Kamran Məlikov tərəfindən keçiriləcək master-klasda məruzəçi “Elmi məqalələrin ekspert qiymətləndirməsi və yenidən dəyərləndirmə prosesi” ilə bağlı təcrübələrini iştirakçılarla bölüşəcək.
11 may 2023-cü tarixində saat 14.30-da keçiriləcək master-klasa ZOOM platforması üzərindən https://zoom.us/j/97198368441 (kod:980256) linkinə keçid etməklə qoşula bilərsiniz.