UNEC-də xaricdə fəaliyyət göstərən yüksək h-indeksə malik alimlərin iştirakı ilə “Elmi məqalələrin hazırlanması və beynəlxalq indeksli jurnallarda nəşri qaydaları” mövzusunda silsilə masterklaslar davam edir.
UNEC Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin tədqiqatçısı, İngiltərənin Portsmut Universitetinin dosenti Zəhra Murad tərəfindən keçirilən növbəti masterklasda məruzəçi elmi məqalələrin beynəlxalq indeksli jurnallarda nəşri qaydaları, ön qeydiyyat, analiz planının hazırlanması meyarları və s. ilə bağlı təcrübələrini iştirakçılarla bölüşəcək.
14 aprel 2023-cü tarixində saat 16.00-da keçiriləcək master klassa ZOOM platforması üzərindən https://zoom.us/j/93736727877 (kod:766610) linkinə keçid etməklə qoşula bilərsiniz.