Əmək və Sosial Münasibətlər Akademiyasında I Beynəlxalq Sosial Elmlər konfransı keçiriləcək

07 İyun 2022
view

28-29 sentyabr 2022-ci il tarixdə Türkiyənin Manisa Celal Bayar Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının təşkilatçılığı ilə I Beynəlxalq Sosial Elmlər Konfransı keçiriləcək.


Konfransın əsas məqsədi Türk Dünyası aydınlarını bir araya toplayaraq, sosial elmlər sahəsində əldə etdikləri bilikləri paylaşmaq, humanist məqsədləri rəhbər tutaraq milli maraq və mənafeyə üstünlük vermək, cəmiyyətin inkişaf sektoruna uyğun gələn yeni ideyaları qarşılıqlı dialoqa əsaslanmaqla dəstəkləmək və təbliğ etmək, səsləndirilən təklifləri müvafiq qurumlara çatdırmaqdır. Beynəlxalq münasibətlər, türk dünyası problemləri və tarixi, regional problemlər, idarəetmə, iqtisadiyyat, fəlsəfə, pedaqogika, sosiologiya, sosial iş, dil, ədəbiyyat, tarix, mədəniyyət, turizm, sosial tərəfdaşlıq, insan hüquqları, həmkarlar ittifaqları və gender problemləri kimi sahələrdəki yeniliklərin birgə müzakirəsi cəmiyyətin stabil inkişafına xidmət etməklə yanaşı, elm adamları arasındakı əlaqələri daha da möhkəmləndirir.

KONFRANS BARƏDƏ ƏTRAFLI MƏLUMAT

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!